Xəbər lenti

Rusiyanın mühasirəyə alaraq minaladığı limanlardakı gəmilərdə Azərbaycandan olan insanlar da var.

 “dsnews.ua” xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi üzrə müşaviri Piter Adams bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna limanlarında göyərtəsində 450-yə yaxın matros olan təxminən 80 gəmi mühasirədədir. Göyərtədəki insanların üçdə biri Filippindəndir. Orada Azərbaycan, Türkiyə və Suriyadan da çoxlu sayda insan var.

Ukraynanın Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkənin taxılını dəniz yolu ilə ixrac etməsi üçün Rusiya donanmasını regiondan çıxarmalı və limana, eləcə də kommersiya karvanına hücum etməyəcəyi haqqında təhlükəsizliyə təminat verməlidir.



Ana səhifəyə qayıt        Baxış: 2 927          Tarix: 9-06-2022, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma