Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
Türkiyə NATO-nun Madriddə keçiriləcək sammitindən əvvəl Finlandiya və İsveçlə razılığa gələ bilər.
Ovqat.com-un məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid “Reuters” Agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Vaşinqton bu həftənin əvvəlində tərəflər arasında aparılan danışıqların konstruktiv olduğuna inanır, Türkiyə və İsveçin Madrid sammitində əvvəl gözlənilən razılığa gələ biləcəyini düşünür.
“Biz bu məsələnin müsbət şəkildə həll olunacağına əminik. Finlandiya və İsveçin NATO müttəfiqliyinə daxil olmasına geniş və dərin dəstək var”, - deyə ABŞ yetkilisi bildirib.
Qeyd edək ki, NATO-nun Madrid sammiti bu ayın 28-də başlayıb 30-na qədər davam edəcək. Karen Donfridin ümidləri özünü doğrultsa, belə çıxır ki, Türkiyə ilə sözügedən Skandinav ölkələri bu həftə ərzində ümumi razılığa gələcəklər. Halbuki rəsmi Ankara ilə İsveç və Finlandiya arasında keçirilən son görüşlərdə tərəflər dil tapa bilməmişdilər. Məlumata görə, Ankara NATO-ya üzv olmaq istəyən həmin dövlətlərdən PKK ilə əlaqələrinə son qoymağı və bu barədə Türkiyəyə yazılı təminat verməyi tələb edir. Xüsusilə İsveç isə yazılı təminat məsələsinə soyuq yanaşır.
Bununla belə, tərəflər arasında müəyyən razılıqların əldə olunduğuna dair bəzi işarələr var. ABŞ Dövlət Departamenti katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin “Reuters” Agentliyinə verdiyi son açılama da bu işarələrdən biridir.
Əslində Türkiyənin Şimali Suriya üzərində nəzarəti ələ keçirməsi Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq və Aİ ölkələrini enerji resursları ilə təchizatı baxımından da NATO-nun maraqlarına uyğundur. Odur ki, İsveç və Finlandiyanın sonunda Türkiyənin məxrəcinə gələ biləcəyi ehtimal olunur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar