Xəbər lenti

Ukrayna Nikolayev-Krivoy Roq istiqamətində hücumunu davam etdirib.

APA-nln Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Kiyev Nikolayev-Krivoy Roq istiqamətində müəyyən ərazilərdə möhkəmlənmək üçün uğursuz cəhdlərini davam etdirib.

"Gün ərzində burada Ukraynanın itkiləri 23 tank, 27 piyada döyüş maşını, 230-dan çox hərbçi olub. Ukraynaya məxsus iki Su-25, Xerson vilayətində, bir MiQ-29 isə Dnepropetrovsk vilayətində vurulub. Ukrayna qoşunlarının ağır itkiləri Nikolaev vilayətindəki xəstəxanalarda çarpayıların və qan ehtiyatlarının kəskin çatışmazlığına səbəb olub", - deyə Rusiya MN-nin yaydığı məlumatda bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 2 932          Tarix: 3-09-2022, 21:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma