Xəbər lenti

ADR Partiyasının sədri, iqtisadçı-alim Qubad İbadoğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri haqda qərardan verilən apelyasiya şikayəti təmin edilməyib. Apelyasiya instansiyası onu həbsdə saxlayıb.

Bu arada beynəlxalq təşkilatların sərt açıqlamaları da var. Qərb təsisatları ittihamın ağırlığına baxmayaraq, ona azadlıq tələb edir. Hökumət onlara tutarlı cavab verə biləcəkmi?

Deputat Aydın Mirzəzadə beynəlxalq aləmdən Q.İbadoğluna gələn dəstəyi təsadüfi saymır: “Qubad İbadoğlunu xaricdə müəyyən dairələrin canfəşanlıqla müdafiə etmələrinin bir səbəbi var. Onlar onların sözünü Azərbaycanda deyən adamı müdafiə edirlər. Həmin dairələr ki, heç zaman Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünün təmin edilməsinə dəstək verməyiblər. Eyni zamanda, həmin mərkəzlər daim ölkəmizə qarşı qərəzli mövqe tutublar. Qubad İbadoğlu da bir qayda olaraq onların mövqeyini müdafiə edir. Nədənsə onun fikirləri xaricdəki həmin mərkəzlərin fikirləri ilə eynilik təşkil edir. Qubad İbadoğlunu siyasətçi adlandırmaq da doğru deyil. O tez-tez siyasi mövqeyini dəyişib. Vaxtı ilə AMİP-də olub. Sonra Müsavat Partiyasına keçib. Hətta bir ara Müsavat Partiyasının qurultayında başqanlığa namizəd olub. Sonra partiyanı tərk edib özü üçün partiya yaradıb. Amma həmin partiyanı da burada başsız qoyaraq xaricə gedib. Onun çıxışlarında heç zaman Azərbaycanın taleyüklü məsələləri öz əksini tapmayıb.

Aydın Mirzəzadə: "Tolstoy Azərbaycandan üzr istəməlidir"

Aydın Mirzəzadə: “Onun saxlanılmasına xaricdən etiraz edənlər...”

Qərəzli mövqe sərgiləyərək faktları təhrif etməklə xaricdəki müəyyən dairələrin maraqlarına uyğun şəkildə ara-sıra bəyanatlar verib. Bunlar isə, heç də təsadüfi deyil, hamısı qrantlar hesabına edilir. Qubad İbadoğlu Azərbaycanda qrantla hərəkət edən, qrantla söz deyən bir insan kimi tanınır. Bu gün onun saxlanılmasına xaricdən etiraz edənlər ilk növbədə, onların burada sözünü deyən bir insanı itirdiklərinin fərqindədirlər. Azərbaycanda artıq onların mövqeyinə uyğun danışan insanların sayı azalır. Azərbaycan bu gün vətənpərvər, milli maraqları üstün tutan, demokratik düşüncəli ziyalıları ilə zəngindir. Ölkəmizi onlar təmsil edirlər. Heç bir zaman xarici maraqları ölkələrinin maraqlarından üstün tutmurlar. Qubad İbadoğlunun saxlanılmasına dair hüquq mühafizə orqanları məlumat veriblər. Hesab edirəm ki, əsaslı dəlillər olduğu üçün o saxlanılıb və ona qarşı ittihamlar irəli sürülüb. Proses gedir. İstintaq sonunda öz sözünü deyəcək. Məhkəmə də açıq keçəcək. Çox istərdim ki, Azərbaycan gəncləri ilk növbədə, ölkəmizin maraqlarını üstün tutsunlar. Kiminsə qrantları hesabına maraqlarımızı onların istəklərinə qurban verməsinlər”.

Aydın Mirzəzadə: “Onun saxlanılmasına xaricdən etiraz edənlər...”

Qərəzli mövqe sərgiləyərək faktları təhrif etməklə xaricdəki müəyyən dairələrin maraqlarına uyğun şəkildə ara-sıra bəyanatlar verib. Bunlar isə, heç də təsadüfi deyil, hamısı qrantlar hesabına edilir. Qubad İbadoğlu Azərbaycanda qrantla hərəkət edən, qrantla söz deyən bir insan kimi tanınır. Bu gün onun saxlanılmasına xaricdən etiraz edənlər ilk növbədə, onların burada sözünü deyən bir insanı itirdiklərinin fərqindədirlər. Azərbaycanda artıq onların mövqeyinə uyğun danışan insanların sayı azalır. Azərbaycan bu gün vətənpərvər, milli maraqları üstün tutan, demokratik düşüncəli ziyalıları ilə zəngindir. Ölkəmizi onlar təmsil edirlər. Heç bir zaman xarici maraqları ölkələrinin maraqlarından üstün tutmurlar. Qubad İbadoğlunun saxlanılmasına dair hüquq mühafizə orqanları məlumat veriblər. Hesab edirəm ki, əsaslı dəlillər olduğu üçün o saxlanılıb və ona qarşı ittihamlar irəli sürülüb. Proses gedir. İstintaq sonunda öz sözünü deyəcək. Məhkəmə də açıq keçəcək. Çox istərdim ki, Azərbaycan gəncləri ilk növbədə, ölkəmizin maraqlarını üstün tutsunlar. Kiminsə qrantları hesabına maraqlarımızı onların istəklərinə qurban verməsinlər”.

Cənubi Qafqazda sülhün təminatı bu prosesdən keçir - Niyaməddin Orduxanlı - VİDEO

Niyaməddin Orduxanlı: “Bu ölkədə kimin kim olduğunu hamı yaxşı bilir”

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə bunları dedi: “Qubad İbadoğluna qarşı rəsmi hüquq-mühafizə orqanları ittiham irəli sürüb və şübhəli şəxs kimi saxlanılıb, istintaq işləri başlanılıb. Qubad İbadoğu ilə bağlı Türkiyənin Daxili İşlər Nazirliyi də Azərbaycana rəsmi məlumat göndərib. FETÖ təşkilatı ilə əlaqəli olmasına dair. FETÖ-nün Azərbaycanda şəbəkəsinin olmasına dair məlumatlar uzun müddətdir dövriyyədə var. Hətta onların hakimiyyətdə çox yüksək vəzifəyə qədər yüksəlməyə nail olmasına dair məlumatlar yayılıb. Bir neçə il bundan qabaq BAXCP sədri, millət vəkili, hörmətli Qüdrət bəy Gülüstan sarayında keçirilən rəsmi tədbirdə FETÖ rəhbəri olan Fətulla Gülənin Azərbaycanda geniş şəbəkəsinin olmasını bildirmişdi, Milli Məclisin iclaslarında dəfələrlə qeyd etmişdi. Qubadın tez tez Amerikya səfər etməsi və Amerikada yaşayan Sevinc Osmanqızının efirində görünməsini də təsadüfü saymıram. ”Beşinci kalon"un Azərbaycanda olması şübhəsizdir. Mənim üçün FETÖ-yə qulluq edənlə İran mollalarına nökərlik edənlərin arasında heç bir fərq yoxdur"...

Nəzərə çatdıraq ki, Q.Obadoğlunun həbsindən sonra müxalif camedə bir çoxları onun həbsinə etiraz etsə də, bəzi keçmiş həmkarları, partiya və əqidədaşları onunla bağlı danışmır, susurlar. Hətta bəziləri ona qarşı ittihamlar səsləndirirlər.

O iddialar da var ki, AXCP Qubad İbadoğlununun müdafiəsində səmimi deyil, açıqlamalar boğazdan yuxarı və formaldır. Bunun hələ bir müddət öncədən iki partiya arasında qrant layihələri ilə bağlı yaranmış ixtilaflarla bağlı olduğu deyilir. Bu kontekstdə Əli Kərimli cəbhəsinin “Avropadan son vaxtlar qrantları bizə yox, Qubad İbadoğluna verirdilər, əsas rəqibimiz o idi” təbliğatının da müxtəlif formalarda aparıldığı vurğulanır.

Həmçinin, son aylarda Səxavət Əlisoyun, Adil Qeybullanın, Əlövsət Talışxanlının partiyadan uzaqlaşmasının, İsmayıl Nəzərlinin 40-dək tərəfdaşı ilə birlikdə istefa verməsinin, ADRP-nin Naxçıvan Muxtar Respublikasında olan bütün təşkilatı strukturları öz fəaliyyətini dayandırmasının da təsadüfi olmadığı iddia olunur.

Habelə, o da iddia edilir ki, Qubad İbadoğlunun ardınca müxalif cameədən oxşar ittihamla digər şəxslər də həbs edilə bilər.

N.Orduxanlı bu məsələ ilə bağlı ded: “Partiyalar Qubad İbadoğlunu niyə müdafiə etməlidilər ki? Bu ölkədə kimin kim olduğunu hamı yaxşı bilir. 20 ildən artıqdır ki, aktiv siyasi proseslərin içindəyəm. Bütün proseslər gözümüzün qarşsında baş verib. Bir daha bildirmək istəyirəm ki, Azərbaycanda FETÖ şəbəkəsi var və Qubadın bu təşkilatla nə qədər əlaqəli olması və ya qanun pozutusuna yol verməsini istintaqı aparan hüquq mühafizə orqanları ortaya çıxardacaq. Son qərarı da məhkəmə verəcək”.

Qeyd edək ki, iyulun 27-də vəkil Zibeydə Sadıqova hüquqlarını müdafiə etdiyi Qubad İbadoğlu ilə görüşüb. Vəkil Amerikanın Səsinə bildirib ki, iqtisadçıya evə zəng etməyə icazə verilmir: “Hazırda ən böyük narahatlığı evlə əlaqə saxlaya bilməməsinə görədir. Halbuki, bir kamerada saxlanıldığı digər şəxslərə zəng etməyə icazə verilir. Yaşlı və xəstə anası var, onun səhhətindən çox narahatdır. Elə ölkəyə də anasına baş çəkmək üçün gəlmişdi”.

Vəkilin sözlərinə görə, İbadoğlu 6 nəfərlik kamerada qalır, onu həbsxanada müayinə ediblər: “Qan analizləri götürüblər, təzyiqi 90/145-dir, bu, onun üçün yüksək sayılır, çünki özü təzyiq və şəkər xəstəsidir. Dərmanlarını götürüblər, amma kamerada saxlamağa icazə verilmir, ancaq istəyəndə verilir”, -deyə vəkil qeyd edib.

Qeyd edək ki, iyulun 23-də Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və o, təqsirləndirilən şəxs qismində cəlb edilib.

Cavanşir ABBASLI,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 3 170          Tarix: 29-07-2023, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma