Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimalıyev vəzifəsindən azad edilib.
Ovqat.com xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
Digər sərəncamla Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar nazirinin müavini təyin edilib. Eyni zamanda, nazirin səlahiyyətlərinin icrası da ona həvalə olunub.
Bu gün R.Ələkbərli kollektivə təqdim olunub. Onu kollektivə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov təqdim ediblər.
Qeyd edək ki, R.Ələkbərli 1977-ci il fevralın 22-də Şahbuz rayonunda anadan olub. O, bu təyinatadək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş informasiya direktoru vəzifəsində çalışıb.
Paylaş: