Xəbər lenti

Sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Bu barədə Ovqat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 3 965          Tarix: 13-09-2023, 20:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma