Tarixin ən ağıllı insanlarına dair siyahı hazırlamaq düzgün olmasa da, bəzi dahilərin İQ səviyyəsi haqda maraqlı məlumat var.
Ovqat.com azdan çoxa doğru təqdim edir:
20. Judit Polgar (1976...) - IQ: 170
15 yaşında "böyük usta" olmağı bacaran Macarıstan şahmat ustası Judit Polgar, ən böyük qadın şahmat oyunçusu olaraq tanınır.
19. İsgəndəriyəli Hypatia (e.ə 370-415) - IQ: 170-190
Yunan filosofu, riyaziyyatçı və astronomdur. İsgəndəriyyə kitabxanasında fəlsəfə, riyaziyyat və astronomiyadan dərs deyib. Cadugərliklə, dinsizliklə və şeytan olmaqla günahlandırılan Hypatia, xristian fanatiklər tərəfindən vəhşicəsinə öldürülüb.
18. Kleopatra (e.ə. 68-30) - IQ: 180
Kleopatra, az qala otuz il ərzində Misiri idarə edən son firon olub. Beş dildə axıcı şəkildə danışa bilirdi.
17. Srinivasa Ramanujan (1887-1920) - IQ: 185
Hindli riyaziyyatçı Srinivasa Ramanujan, riyaziyyat sahəsində təhsil almamasına baxmayaraq, ədədlər nəzəriyyəsi, davamlı kəsirlər və sonsuz ardıcıllıqlar kimi sahələrdə böyük qatqıları olub.
16. Filip Emeagvali, (1954) - IQ: 190
Nigeriyalı ixtiraçı və alim Folip, "bütün dövrlərin ən böyük Afrika elm insanı" olaraq seçilib. Gördüyü işlər xüsusilə internet sahəsində böyük əhəmiyyət daşıyır.
15. Volter (1694 - 1778) - IQ: 190
Volter, Fransada maarifçilik dövrünün qabaqda gələn adlarından biri idi. Bir filosof, tarixçi və yazar olaraq böyük şöhrət əldə edib.
14. Albert Eynşteyn, (1879-1955) - IQ: 160-190
Nəzəriyyəçi fizik, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatçısı Albert Eynşteyn, bir çoxlarına görə bütün zamanların ən məşhur elm insanıdır. Ümumi və xüsusi nisbilik nəzəriyyəsini inkişaf etdirən Eynşteyn, 1921-ci ildə Nobel mükafatını almış və öz sahəsində bir inqilab təsiri yaratmışdır.
13. Platon, (e.ə. 427-347) - IQ: 180-190
Qədim yunan filosofu, klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi, Sokratın tələbəsi, Aristotelin müəllimidir. Şərqdə ona "Əflatun" deyirlər.
12. Aristotel (e.ə. 384-322 BC) - IQ: 180-190
Aristotel 20 ildən çox müddətdə Platonun şagirdi olub. Aristotel fizika, biologiya, metafizika, məntiq, teatr, estetik və digər mövzularda əsərlər yazaraq, Qərb fəlsəfəsinin və elmin inkişafı üzərində böyük bir təsir buraxıb.
11. Mariya Küri (1867-1934) - IQ: 180-200
Polyak əsilli fransız fiziki və kimyaçı Mariya Küri, Nobel mükafatını qazanan ilk qadın olmaqla bərabər iki fərqli sahədə (fizika və kimya) Nobel mükafatı qazanan 4 elm insanından biridir.
Küri radioaktivlik nəzəriyyəsini inkişaf etdirmiş və polonium ilə radiumu kəşf etmişdir.
10. Qalileo Qaliley (1564-1642) - IQ: 180-200
Qalileo Qaliley italyan fiziki, riyaziyyatçısı, astronomu və filosofu olub. Elmi inqilabda böyük bir rol oynayıb. Qalileo, "müasir astronomiyanın atası", "müasir fizikanın atası", "elmin atası" və "müasir elmin atası" olaraq adlandırılmaqdadır.
Dünyanın Günəşin ətrafında döndüyünü iddia etdiyi üçün inkvizisiya tərəfindən "kafir" elan edilib.
9. Qotfrid Leybnis, (1646-1716) - IQ: 182-205
Qotfrid Vilhelm fon Leybnis alman filosofu, riyaziyyatçısı və hüquqsünas, ikilik say sistemi layihəsinin müəllifidir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
8. Ser İsaak Nyuton, (1642-1726) - IQ: 193
İngilis fiziki, riyaziyyatçısı, astronomu, fəlsəfəçisi və kimyaçı alimdir. Tarixdəki ən böyük riyaziyyatçı və alimlərdən biridir. Elmi inqilabın baş verməsində və heliosentrizmin inkişafinda böyük rolu olmuşdur. İlk dəfə olaraq elmə Yerin cazibə qüvvəsi anlayışını daxil etmişdir. İsaak Nyutonun məşhur əsərlərindən biri də Natural fəlsəfənin riyazi başlanğıcı əsəridir.
7. Nikola Tesla, (1856-1943) - IQ: 195
Müasir elektrik enerji şəbəkəsinin layihələndirilməsində öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısıdır.
6. Leonardo da Vinçi, (1452-1519) - IQ: 200
Leonardo da Vinçi elmdən mühəndisliyə, şəkildən heykələ fərqli sahələrdə bu qədər çox və müvəffəqiyyətli əsərlər ortaya qoyan yeganə insandır bəlkə də. İntibahın ən böyük dahisidir. "Mona Liza" adlı əsəri şübhəsiz sənət tarixinin ən məşhur əsəridir.
5. Uilyam Şekspir, (1564-1616) - IQ: 210
Uilyam Şekspir 400 ildir bütün dünyada oxunmağa davam edilən ədəbiyyat tarixinin ən əhəmiyyətli adlarından biridir. Onun "Hamlet", "Otello", "Romeo və Cülyetta", "Maqbet", "Kral Lir" kimi əsərləri dünya ədəbiyyatının nadir inciləri sırasındadır.
4. Yohann Volfqanq Höte (1749-1832) - IQ: 213
Alman şair-dramaturqu, mütəfəkkir və naturalistidir. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Yaratdığı iki hissədən ibarət ölməz "Faust" dram-poeması dünya ədəbiyyatının ən gözəl nümunələrindən biri sayılır.
3. Kristofer Hirata, (1982...) - IQ: 225
Gerçək bir "möcüzə uşaq" olan Hirata, hələ 13 yaşında Beynəlxalq Fizika Olimpiadalarında qızıl medal qazanıb. 14 yaşında Kaliforniya Texnologiya İnstitutunda oxumağa başlayıb. 16 yaşında NASA-da çalışıb.
2. Terence Tao (1975...) - IQ: 230
Çin əsilli avstraliyalı-amerikalı Terence Tao da "möcüzə uşaq" olanlardandır. Riyaziyyat Olimpiadalarında 1986-cı ildə bürünc, 1987-ci ildə gümüş, 1988-ci ildə isə qızıl medal qazanaraq bu sahədə ən gənc yaşda (13) qızıl medal qazanan adam olmuşdur.
1. Uilyam Cemis Sidis, (1898-1944), IQ: 250-300
11 yaşında Harvard Universitetinə qəbul olan Uilyam, eyni il Harvardda dərs verməyə başlayıb. Özünün 40 dil bildiyi təxmin edilir. (publika.az)
Paylaş: