Xəbər lenti

“Vaqner” özəl hərbi şirkətinin ləğvi ilə bağlı məlumatlar doğru deyil və onun lideri Yevgeni Priqojinin ölümü ilə bağlı deyilənləri təsdiqləmək olmaz.

Axar.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov “Faynenşl Tayms”a müsahibəsində deyib.

“Vaqner” buraxılmayıb. Priqojinlə bağlı isə mən nəticə çıxarmağa tələsməzdim. Kreml onun ölümündə hər hansı əlaqəni rədd edir və DNT testinin Priqojinin ölümünü sübut etdiyini deyir. Lakin onun cəsədi heç vaxt ictimaiyyətə göstərilməyib. Mən onun ölmədiyini və ya öldüyünü demirəm. Mən deyirəm ki, onun öldüyünə dair heç bir sübut yoxdur" , - Budanov bildirib.

Qeyd edək ki, 2023-cü ilin avqustun 23-də Yevgeni Priqojinin olduğu təyyarə Tver vilayətində qəzaya uğramışdı. Təyyarədə olanların hamımı, o cümlədən Yevgeni Priqojin həlak olmuşdu.




Ana səhifəyə qayıt        Baxış: 3 179          Tarix: 21-01-2024, 15:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma