Xəbər lenti

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyan və Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində Ermənistan-Azərbaycan nizamlanması məsələsini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Berlində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici işlər naziri Annalena Berbok arasında üçtərəfli görüş keçirilib. Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesi məsələləri müzakirə edilib. Ararat Mirzoyan görüşün və danışıqların keçirilməsinə görə alman tərəfinə təşəkkürünü bildirib”.

Üçtərəfli görüşdən sonra Mirzoyan və Bayramov ikitərəfli formatda danışıqlar aparıblar. Razılaşmaya əsasən, müzakirələr fevralın 29-da davam etdiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 3 992          Tarix: 29-02-2024, 09:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma