Xəbər lenti

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, qonaqlar hesab arasındakı fərqi azaldıblar.

70-ci dəqiqədə Florian Virtz fərqlənib.

Azərbaycan çempionu hazırda öndədir - 2:1.

23:00

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu davam edir.

"Report"un məlumatına görə, Azərbaycan çempionu iki top fərqi ilə öndədir - 2:0.

Hazırda matçda ikinci hissə oynanılır.

Yassin Benzia 26-cı dəqiqədə fərqlənib. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

22:48

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Azərbaycan çempionu iki top fərqi ilə öndədir - 2:0.

Yassin Benzia 26-cı dəqiqədə fərqlənib. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

22:35

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, Azərbaycan çempionu fasiləyə öndə yollanıb - 2:0.

Yassin Benzia 26-cı dəqiqədə hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.




Ana səhifəyə qayıt        Baxış: 2 983          Tarix: 7-03-2024, 23:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma