Xəbər lenti

 

Axmaq kimi görünməmək və kiminsə xətrinə dəyməmək üçün sosial şəbəkələrdə sadə davranış qaydalarını sizlərə təqdim edirik.

Özünüzü offline-da olmuş kimi aparın:

Biz, internetdə nəsə yazan zaman bizim qarşımızda sadəcə olaraq ya smartfon, yada kompüter ekranı olur. Beləliklə biz unuduruq ki, sosial şəbəkədə nəsə yazan zaman əslində biz digər insanlarla ünsiyyət qururuq. Sosial şəbəkədə hansısa şərhi yazmamışdan və yaxud hansısa şübhəli linki göndərməmişdən əvvəl düşünün ki, həmin şərhdəki və ya linkdəki olanları siz real həyatda danışa bilərdinizmi? Əgər cavabınız “xeyr” olsa, deməli hansısa şübhəli şərhi nə yazmaq lazımdır, nədəki hansısa linki göndərmək lazımdır.

Diqqət cəlb etməyə çalışmayın:

Hər kəsin sosial şəbəkə profilində bəzən bu cür postlara rast gəlmək olar: “Bugün, mənim həyatımda ən bərbad gündür” və ya “Heç kim məni vecinə almır”. Bir qayda olaraq bu cür postlar paylaşan insanlar, çox zaman özlərinə diqqət cəlb etməyə çalışırlar. Qeyd etmək lazımdır ki, əslində bu cür postlar, sizin, dostlar siyahınızda olan əksər şəxsləri qıcıqlandırır. Bu cür postları paylaşmamışdan öncə düşünün ki, həqiqətən də paylaşacağınız postu, tanışlarınız tərəfindən oxunmasını istəyirsiniz və ya siz sadəcə olaraq diqqətsizlikdən əziyyət çəkirsiniz. Sizə qarşı diqqətin olmaması problemini, internetdə neqativ postlar paylaşmaqla aradan qaldırmaq olmaz. Ən yaxşısı, dostunuzu bir fincan qəhvəyə dəvət edərək öz fikirlərinizi onunla bölüşün.

Özünüzü tərifləməyin:

Bəzən öz paylaşdığınız postlara fikir verin və baxın ki, siz əsasən hansı mövzularda postlar paylaşırsınız. Əgər sizin ana səhifəniz, sizin ən kiçik nailiyyətlərinizdən tutmuş, yaxşı şəkildə çəkilmiş yemək və selfie şəkilləri ilə aşıb-daşırsa, onda bu barədə bir qədər düşünmək lazımdır. İlk öncə onu qeyd etmək lazımdır ki, bu cür psotların çoxluğu, digər insanları qıcıqlandırır. İkinci fakt ondan ibarətdir ki, bu cür postlar, sizin tənha olduğunuz siqnalını verir və özünüzü tənha hiss etməməyiniz üçün hətta ən cüzi şeyləri belə paylaşmaq məcburiyyətində qalırsınız. Bu problemi, internetdə deyil, real həyatda həll etmək lazımdır.

Dostları, maraqlara görə qruplaşdırın:

Sosial şəbəkədə paylaşılmış hansısa post sizin bütün dostlarınızın xoşuna gəlməyə bilər. Bəziləri, pişiklərin əks olunduqları GIF animasiyaları sevdikləri halda, digərlərini bu cür postlar qıcıqlandıra bilər. İnsanları siyahı şəklində ayırın. Məsələn, Facebook-da bu cür funskiya var. Beləlikılə hər dəfə yeni post paylaşan zaman, həmin postu bəyənə biləcək müəyyən siyahı üçün aktiv edin. Bundan əlavə olaraq siz öz dost siyahınızı, yaxın dostlar, idmançılar, həmkarlar, maraqlı video həvəskarları və s. kimi bölə bilərsiniz. Beləliklə kimin nəyə marağının çox olması barəsində problem yaşamayacaqsınız.

Öz şəxsi məlumatlarınızı diqqətli şəkildə idarə edin:

Günümüzdə bir çoxları, sosial şəbəkələrdəki qeydlər bölməsini, şəxsi press-reliz kimi istifadə edir. Lakin həmin qeydlərdə olan bir çox mövzular bəzən yersiz görünürlər. Məsələn sizə yaxın olan insanın vəfat etmə xəbərini siz öz yaxın dostlarınız və ya qohumlarınız ilə Facebook yazısı və ya Instagram-da foto tərzində paylaşmaq məcburiyyətində deyilsiniz. Bundan əlavə olaraq bütün sosial şəbəkəyə öz sevgilinizdən ayrılmağınız səbəbilə üsyan etməyə də ehtiyac yoxdur. Ən azından bir zamanlar çox yaxın olduğunuz insanın hisslərinə olan hörmətiniz xatirinə bu cür şeylər etməyin./technote.az/




Ana səhifəyə qayıt        Baxış: 708          Tarix: 3-08-2017, 19:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma