Xəbər lenti

Tavuş vilayətində demarkasiya davam edir.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Vahe Qalumyan jurnalistlərə açıqlamasında deyib.

Deputat prosesin qısa müddətliyinə dondurulduğunu bildirib:

“Biz həmin ərazidə yaşayan sakinlərin mənzil sertifikatlarının yoxlanılmasını həyata keçirdik. Bunun üçün proses müvəqqəti olaraq dondurulmuşdu, lakin hazırda davam edir. Yaşayış yerləri ilə bağlı sənədlərə baxılırdı.

Tavuşun Kirants kəndində küçələrin, yolların bağlanması haqqında yayılan məlumatlar doğru deyil. Hazırda demarkasiya işlərinin dəqiq hansı xəritələr üzrə həyata keçirildiyini bilmirəm, amma razılaşdırılmış dəqiq xəritə var”.




Ana səhifəyə qayıt        Baxış: 5 586          Tarix: 13-05-2024, 18:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma