Xəbər lenti

"ABŞ İranın nüvə obyektlərinə hücum edərək BMT-nin

Nizamnaməsini və beynəlxalq hüququ pozub".

Oxu.Az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı "X" sosial şəbəkə hesabında yazıb.

"Qanuni özünümüdafiəyə icazə verən BMT Nizamnaməsinə və onun müddəalarına uyğun olaraq, İran öz suverenliyini, milli maraqlarını və xalqını qorumaq hüququnu özündə saxlayır", - deyə o

vurğulayıb.

Əraqçı əlavə edib ki, BMT-nin hər bir üzvü bu son dərəcə təhlükəli, qanunsuz və cinayətkar davranışdan narahat olmalıdır.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirildiyini açıqlamışdı.




Ana səhifəyə qayıt        Baxış: 2 845          Tarix: 22-06-2025, 10:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma