Xəbər lenti

 

Quduzluğa qarşı yeni sənəd hazırlanır.

Ovqat.com bildirir ki, tədbirlər planı Avropa Ittifaqinin Tvininq layihəsi çərçivəsində həyata keçiriləcək. Belə ki, sahibsiz itlər və digər vəhşi heyvanlara qarşı ciddi vaksinasiya tədbirləri görüləcək.

Kompleks tədbirlər planında sahibsiz heyvanların saxlanıldığı sığınacaqların sayının artırılması, eləcə də mövcud şəraitin yaxşılaşdırılması nəzərdə tutulur.

Sahibsiz heyvanların artımının qarşısını almaq üçün itlər əməliyyat ediləcək. Bu təcrübədən dünyanin bir çox ölkələrində istifadə edilir.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyir ki, baytarlıq sənədində bölgələrdə vəhşi heyvanların oral vaksinasiyası da nəzərdə tutulub. Oral vaksinasiya yemləmə yolu ilə quduzluq xəstəliyə qarşı mübarizə üsuludur.

Avropa Ittifaqinin Tvininq layihəsi çərçivəsində hazırlanan Quduzluq Xəstəliyi ilə Mübarizəyə dair Kompleks Tədbirlər Planı gələn ilin mayında hökumətə təqdim ediləcək. /xezerxeber.az

 

Videonu izləmək üçün şəklə klikləyin:
Quduzluğa qarşı Tədbirlər Planı hazırlanır




Ana səhifəyə qayıt        Baxış: 798          Tarix: 21-08-2017, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma