Xəbər lenti

“MOİK” Peşəkar Futbol Klubunun baş məşqçisi dəyişib.

Strateq.az xəbər verir ki, klubun baş məşqşisi Ramil Vaqif oğlu Əliyev səhhətində yaranmış problem səbəbindən vəzifəsindən istefa verib.

Mərkəzi Ordu İdman Klubundan bildiriblər ki, bundan sonra “MOİK”in yeni baş məşqçisi təcrübəli mütəxəssis Azər Bağırov olacaq.

Ramil Əliyevə indiyəqədərki fəaliyyətinə görə təşəkkür edən və şəfa diləyən "MOİK" rəhbərliyi və kollektivi, yeni baş məşqçi Azər Bağırovdan gözləntilərinin böyük olduğunu da bildirərərk, ona uğurlar arzulayıblar.

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 030          Tarix: 28-03-2018, 17:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma