Xəbər lenti

 Türkiyənin Kastamonu şəhərində silahlı insident baş verib.

Axar.az BakiPost.az-a istinadən xəbər verir ki, şəhərin bələdiyyə sədri Tahsin Babaş silahlı hücuma məruz qalıb. Hücum nəticəsində 6 nəfərin yaralandığı bildirilir.

Güllələnənlər arasında Azərbaycanın kikboks üzrə Avropa çempionu Eldar Əlizadə də var. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, reanimasiyaya yerləşdiriliblər.

Qeyd edək ki, Eldar Əlizadə Türkiyədə yaşayır, orada ali təhsil alır.




Ana səhifəyə qayıt        Baxış: 709          Tarix: 16-05-2017, 08:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma