Xəbər lenti

Qurban Qurbanov Azərbaycanın futbol üzrə milli komandası ilə yollarını ayırıb.

Bu barədə o, özü məlumat verib.

“Aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri istefaya gedəcək”, – o, əlavə edib.

“Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət yoxdur. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klubları bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm. Rahatam”, – millinin sabiq baş məşqçisi vurğulayıb.

O, nə vaxtsa yığmaya qayıda biləcəyini də istisna etməyib: “Yaxşı baş məşqçilərimiz gəlir. Məncə, ən yaxşı qərarı AFFA verəcək. Bura (AFFA İcraiyyə Komitəsinin iclasına – red.) gələndə, bilirdim ki, milli ilə vidalaşacam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olundu. Gördülər ki, iki yerdə çalışmaq çətindir. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım. Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm. Mən təyin olunanda da baş məşqçi üçün fikirlərini gizli bildirmişdilər”.

Report

 




Ana səhifəyə qayıt        Baxış: 548          Tarix: 8-12-2018, 16:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma