Xəbər lenti

Qurban Qurbanov Rəşad Sadıqovu vəzifəyə gətirir

AFFA-nın idman direktoru Bernard Lippert tezliklə ölkəmizlə vidalaşacaq. Alman mütəxəssislə müqavilə bitməsə də, o, qarşılıqlı razılıqla yola salınacaq.

Lippertin işindən ciddi narazılıq var. Alman mütəxəssisə inam milli komandaların son uğursuz nəticələrindən sonra bir qədər də azalıb. Bütün millilərin baş məşqçiləri ilə müqavilələrə xitam verilib, növbə onların hamısına nəzarət edən Lippertindir. Heç bir nəticəyə görə hesabat vermək istəməyən, uğursuzluqlarda yaxasını kənara çəkən almanın bu davranışı müəyyən dairələrdə ciddi narazılıq doğurur.

Əsas milli komandanın baş məşqçisi Qurban Qurbanov da Lippertlə birgə işləmək istəmir. O, təyinatdan sonra bütün millilərə nəzarət etmək hüququna da yiyələnib. Bu isə o deməkdir ki, heç nə etmədən 10 ildi ayına 30 min avro alan Lippertin gedir. AFFA İcraiyyə Komitəsinin bu il üçün nəzərdə tutulan son iclasında alman idman direktoru yola salınacaq.

Lipperti əvəz etməyə əsas namizəd isə Rəşad Sadıqovdur. "Qarabağ"ın kapitanının karyerasını bitirən kimi məsul posta keçmək ehtimalı var. Onun heç bir milli komandada məşqçi işləmək istəməməsi barədə açıqlaması da təsadüfi deyil. (futbolinfo.az)




Ana səhifəyə qayıt        Baxış: 1 199          Tarix: 18-11-2017, 14:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma