Xəbər lenti

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Almaniya - Norveç (6:0) matçını əvəzolunmadan keçirən bundestimin müdafiəçisi Coşua Kimmix tarixə düşüb.

Ovqat.com apasport.az-a istinadən xəbər verir ki, müdafiəçi millinin formasında ardıcıl 21 oyunda əvəzolunmadan meydanda olaraq əfsanəvi Franz Bekkenbauerin göstəricisini təkrarlayıb.
Məşhur müdafiəçi 1973-75-ci illər aralığında Almaniya yığması ilə ardıcıl 21 matçda əvəzolunmadan oynayıb.
Maraqlıdır ki, bu, bundestimin tarixində rekord göstərici deyil. Qeyd edilən uğurun daha yaxşısını bir zamanlar millimizin baş məşqçisi olmuş Berti Foqts əldə edib. Keçmiş müdafiəçi 1968-71-ci illərdə ardıcıl 34 oyunda əvəzolunmadan meydanda olub.




Ana səhifəyə qayıt        Baxış: 536          Tarix: 5-09-2017, 22:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma