"Dəmirbank"ın səhmləri Bakı Fond Birjasında satışdan çıxarılıb.
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “Dəmirbank” ASC-nin bank lisenziyası ləğv edildiyindən, BFB-nin listinq qaydalarına uyğun olaraq, listinq komitəsinin qərarı ilə sözü gedən emitentin Bakı Fond Birjasında listinqdə olan aşağıdakı qiymətli kağızlarının delistinq edilməsi qərara alınıb:
№ Döv. Qeyd. nömrəsi Q/k növü və forması Emitent Ticarətə buraxılan qiymətli kağızların sayı
1 AZ1001000145 Adi səhm “DəmirBank” ASC 105 000 000 (ədəd)
2 AZ3001000141 İmtiyazlı səhm “DəmirBank” ASC 90 000 (ədəd)
Qeyd edək ki, Fond birjasının şərtlərinə və tələblərinə uyğun gələn qiymətli kağızların tənzimlənən bazarda satışa çıxarılması listinq adlanır. Qiymətli kağızların listinqdən xaric edilməsi delistinq adlanır.
Paylaş: