Xəbər lenti

“Cənub Qaz Dəhlizi” beynəlxalq əhəmiyyətli vahid qaz magistralını yaradacaq, bütün tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək.

“APA-Economics”in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu layihə Azərbaycanın ixrac kəmərlərini şaxələndirərək, ölkəmizin ixrac marşrutlarının seçimi baxımından daha da müstəqilləşməsinə şərait yaradacaq və bunun nəticəsində tərəfdaşlarla aparılan bütün kommersiya danışıqlarında Azərbaycana əlavə üstünlük yaradacaq.

R. Abdullayev bildirib ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara buraxıldıqdan sonra, iki qitə və 6 ölkəni birləşdirən, dünyada misli olmayan Cənub Qaz Dəhlizi meqa-layihəsinə start verilib: “Artıq bu il 4 seqmentdən ibarət bu möhtəşəm layihənin 3 seqmenti istifadəyə verilir və ölkəmiz prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu uzunmüddətli çalışmaların bəhrələrini görəcək”.

 




Ana səhifəyə qayıt        Baxış: 627          Tarix: 6-04-2018, 16:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma