Hindistanın paytaxtı Nyu-Dehlinin rəhbərliyi şəhərdə qalmış son altı fili də sahiblərindən alaraq xüsusi sığınacaqlara göndərmək qərarına gəlib.
“Report” "Channel News Asia" telekanalına istinadən xəbər verir ki, son altı filin sığınacaqlara daşınması bir neçə ay çəkə bilər.
Heyvan müdafiəçiləri sözügedən canlıların müsadirə edilməsinə bir neçə il ərzində nail olublar.
Nyu-Dehlidə fillərdən kommersiya məqsədləri üçün istifadə 40 il əvvəl qadağan olunsa da, heyvan sahibləri qazanc naminə qanuna zidd gediblər. Onlar turistlərin fillərin üzərində daşınması, həmçinin bəzədilmiş və zəngin geyindirilmiş heyvanın arzuedilən olduğu hind toylarında iştirakından gəlir əldə ediblər.
Kanalın məlumatına görə, Nyu-Dehli dairəsində 40 il əvvəl ən azı 200 fil olub, 2013-cü ilə qədər isə onların sayı 50-yə enib.
Paylaş: