Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
2019-cu ildə 1 000 kubmetr təbii qazın faktiki istehsal maya dəyəri 61,89 manat təşkil edib.
“Report”un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2019-cu ildəki fəaliyyəti ilə bağlı illik hesabatında deyilir.
Hesabatda qeyd edilir ki, bu, 2018-ci illə müqayisədə 4,29 manat və ya 7,4% artıb.
Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 4,4%, əmək haqqı – 10,9%, sosial sığortalara ayırmalar – 2,8%, amortizasiya ayırmaları – 25,1%, təmir xərcləri - 7,5%, texniki xidmət xərcləri – 4,9%, nəqliyyat xərcləri – 13%, mədən vergisi – 17,8% və s. təşkil edir. Şirkət üzrə 1 000 kubmetr əmtəəlik qazın maya dəyəri 2018-ci illə müqayisədə 4,29 manat (7,5%) artıb.
SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə Əməliyyat Şirkətindən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2019-cu ildə SOCAR üzrə satılan 1 000 kubmetr qazın faktiki xərci 140,46 manat təşkil edib.
Qazın maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, elektrik enerjisi xərclərinin, əmək haqqının, əsas vəsaitlərə texniki xidmət xərclərinin, mühafizə xərcləri, digər vergilər, digər xidmətlər üzrə xərclərin artması hesabına baş verib. Belə ki, material və komponent xərcləri 702 min manat (5,3% artıb), əmək haqqı xərcləri 4 mln 634 min manat (15,5%), əsas vəsaitlərə texniki xidmət xərcləri 949 min manat (6,5%), mühafizə xərcləri 3 mln 793 min manat (75,5%), digər vergilər üzrə 2 mln 551 min manat (21,9%), digər xidmətlər üzrə xərclər 3 mln 853 min manat (41,6%) təşkil edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar