Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Qubad İbadoğlu: “Əgər son kadr dəyişiklikləri ilə yanaşı, komissiyada bir neçə yeri həqiqi vətəndaş cəmiyyəti institutlarına ayırsaydılar, onda bu keyfiyyət dəyişikliyi kimi qiymətləndirilə bilərdi”
“Sentyabrın 15-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının toplantısı olub. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib, komissiyanın katibi vəzifəsi Ramin Vəlizadəyə həvalə olunub. Əvvəllər də belə bir Komissiya var idi, yaranandan onun ilk sədri Ramiz Mehdiyev seçilmişdi. Sədr dəyişməsə də katiblər dəyişirdi. Bir vaxtlar hazırkı kənd təsərrüfatı naziri İnam Kərimov, sonra Dövlət Miqrasiya Xidmətinin hazırkı rəisi Vüsal Hüseynov, daha sonra sə Milli Məclisinin üzvü Kamal Cəfərov komissiyada katib vəzifəsində çalışıblar”. “Hürriyyət” xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.
Adıçəkilən komissiyanın 15 nəfər üzvdən ibarət olduğunu vurğulayan Qubad İbadoğlu qeyd edib ki, komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir: “Baxın, korrupsiya ilə mübarizə komissiyasında dəyişən sədr və katibdir, komissiyanın tərkibini formalaşdırılması yenə də əvvəlki kimi qalır.
Əslində isə bu komissiyanın korrupsiya ilə mübarizəyə ən böyük töhfəsi ictimai nəzarət və ya təhqiqatla bağlı olmalı idi. Bu funksiyanı həyata keçirən komissiya mərkəzi icra hakimiyyətinin, parlamentin və məhkəmənin deyil, ictimaiyyətin nümayəndələrindən təşkil edilə bilərdi. Ən pis variantda qarışıq olardı, hazırkı tərkiblə yanaşı ora ictimaiyyət təmsilçiləri də, o sıradan QHT-lərin, mətbuatın nümayəndələrinə də daxil olardı. Əgər son kadr dəyişiklikləri ilə yanaşı, korrupsiya ilə mübarizə komissiyasında bir neçə yeri həqiqi vətəndaş cəmiyyəti institutlarına ayırsaydılar, onda bu keyfiyyət dəyişikliyi kimi qiymətləndirilə bilərdi.
İndiki halda isə baş verən kadr əvəzlənməsi ilə nəyinsə dəyişəcəyi inandırıcı görsənmir”.
İqtisadçı alimin sözlərinə görə, dünya təcrübəsində belə komissiyalar 4 modeldə təşkil olunur: “Birincisi, universal model. Bu modeldə komissiya təhqiqat, qabaqlayıcı və kommunikasiya funksiyalarını özündə birləşdirir. İkincisi, təhqiqat modeli.
Bu model üzrə yaradılan komissiya icra hakimiyyətinə tabe olur, yalnız təhqiqat aparır. Üçüncüsü, parlament modeli. Bu modeldə komissiya icra hakimiyyətindən asılı olmayararaq parlamentdə müxalif siyasi partiyaların təmsilçilərinin də iştirakı ilə formalaşdırılır. Dördüncüsü, agentliklərarası model. Bu modeldə komissiya ayrı-ayrılıqda fərqli dövlət orqanlarını özündə birləşdirir, lakin korrupsiyaya qarşı birlikdə mübarizə aparmaq üçün təşkil edilir. Azərbaycandakı mövcud komissiyanın hansı modelin bazasında yaradıldığını müəyyənləşdirmək istəsəm də, nail ola bilmədim. Bizdəki daha çox hibrid modelə oxşayır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar