Xəbər lenti

 
 
ABŞ-ın sanksiya təhdidləri üzündən indiyədək ən azı 18 Avropa şirkəti “Şimal axını-2” layihəsindən imtina edib. 
 
Ovqat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi hesabata belə deyilir.
 
Qeyd edək ki, sanksiyalar tətbiq olunmamışdan əvvəl alman mətbuatı “Şimal axını 2” layihəsi ətrafında Almaniya ilə ABŞ arasında gizli danışıqların getdiyini, Vaşinqton Berlinə rus qaz boru kəmərindən imtina etməsi müqabilində Amerikan LNG almasını təklif etdiyini bildirmişdi. İddialara görə, ABŞ-ın Almaniya qarşısında qoyduğu digər şərtlərdən biri isə Rusiyanın “Şimal axını-2” layihəsini çəkəcəyi təqdirdə Ukrayna üzərindən Avropaya qaz nəqlini dayandırmaması olmuşdu. Şərtə görə, Rusiya Ukraynaya qaz nəqlini azaldacağı təqdirdə, Almaniya da “Şimal axını-2” ilə ticari əlaqələri dayandıracaqdı. 
 
“Qazprom” yetkililəri isə bu şərtlə razılaşmırdılar. Onların fikrincə, Avropa Rusiyadan bəlli miqdarda qaz alır. İldə 500 milyard kub metr qaz tələbatının hardasa 45%-ni Rusiyadan alan Avropaya həm Ukrayna, həm də “Şimal axını-2” vasitəsilə enerji nəqli faktiki mümkün deyil. Rus şirkəti istər-istəməz bu iki layihənin birindən imtina etməlidir.
 
Tərəflərin bu sövdələşməsinin baş tutmamasının ardından ABŞ Xəzinədarlığı kəməri inşa edən rus gəmisi “Fortuna” və onun sahibi “KVN-rus” şirkətinin də adını sanksiyaya məruz qalanlar siyahısına saldı. 
 
Rusiya isə “Şimal axını-2” layihəsini dayandırmaq fikrində deyil. Ölkənin Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı mütəxəssisi İgor Yuşkov “Vzqlyad” qəzetinə verdiyi açıqlamada deyib: "İndiyə qədər hər şey qaydasındadır və kiminsə qaz kəmərinin həyata keçirilməsində iştirakdan imtina etməsi Rusiya üçün problem deyil. İndi “Qazprom” problemləri həll etməyə çalışır: əvvəl qaz kəmərinin tikintisini başa çatdırmaq, sonra istifadəyə vermək lazımdır. Çox güman ki, tikinti mərhələsində heç bir problem yaranmayacaq. “Şimal axını-2” rus şirkətləri tərəfindən tikilir. Uzun müddətdir qara siyahıya salınan “Fortuna” gəmisi fasiləsiz fəaliyyətini davam etdirir”.
 
Bəs, “Şimal axını-2” layihəsi tamamlandıqdan sonra Avropa ölkələri ondan qaz almasalar necə olacaq? Ekspert bu təhlükəni də istisna etməyib.



Ana səhifəyə qayıt        Baxış: 4 770          Tarix: 25-02-2021, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma