Xəbər lenti

 
2020-ci ilin dördüncü rübündə Rusiyanın dollarla ixrac hesablaşmaları 48,3% - ə düşüb. 
 
Ovqat.com xəbər verir ki, məlumatı Rusiyanın Mərkəzi Bankı yayıb.
 
Bildirilir ki, ümumilikdə, ötən ilin nəticələrinə əsasən, Rusiyanın ixrac hesablaşmalarında ABŞ dollarının payı 55,8% — ə, rublun payı 14,7% — ə, digər valyutaların payı isə 2,1% - ə düşüb. Çinlə ticarət münasibətləri sayəsində avronun payı isə 27,4% - ə qədər artıb.
 
Məlumatların analizi göstərir ki, Rusiyanın dollara qarşı savaşı ötən ilin sonuncu rübündən etibarən daha da şiddətlənib. Belə ki, ötən ilin dördüncü rübündə Rusiyanın ixrac hesablamalarında avronun payı 36,1% - ə qədər artıb. Bu da Rusiyanın Çinlə iqtisadi əlaqələrini artırması ilə izah olunur. Belə ki, Moskva ilə Pekin arasında ticarətin 80%-dən çoxu avro ilə aparılır.
 
Ümumiyyətlə, maliyyə bazarının bir çox oyunçuları hazırda avronu hesablaşmalar üçün daha optimal pul vahidi hesab edirlər. Çin yuanı isə hələ ki beynəlxalq valyuta sistemində möhkəmlənmənin pik nöqtəsinə keçməyib.


Ana səhifəyə qayıt        Baxış: 5 206          Tarix: 27-04-2021, 20:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma