Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
"Ölkədən valyuta çıxarılmasının qarşısını almalıdır, yoxsa Azərbaycanda ayrıca rus bankları və şirkətləri defolt ola və manatın kövrək "sabitliyi" pozula bilər"
"Beynəlxalq reytinq agentliklərinin açıqlamasından sonra BVF-nin icraçı direktoru Kristalina Georgiyeva CNBC telekanalının efirində bildirib ki, Ukraynadakı vəziyyət fonunda tətbiq edilən sanksiyalara görə Rusiyada defolt mümkündür. O qeyd edib ki, “Rusiyaya qarşı tətbiq edilən görünməmiş sanksiyalar ölkəni tənəzzülə sürükləyib. Bizim proqnozumuza görə, bu tənəzzül dərin olacaq. Defolta gəlincə, bu ssenari artıq qeyri-mümkün görünmür". Deməli, Rusiya iqtisadiyyatının batacağı barədə verdiyim proqnozlar ən yüksək səviyyədə də təsdiq olunur". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu qeyd edib.
İqtisadçı alimin sözlərinə görə, ən pisi odur ki, Rusiya özü ilə bərabər onun orbitində olan ölkələri də tənəzzülə sürükləyəcək: "Fikrimcə, Rusiya iqtisadiyyatının hazırkı vəziyyəti birinci növbədə Avrasiya İttifaqına üzv ölkələri - Belarusu, Ermənistanı, Qırğızıstanı və Qazaxıstanı - təsirləndirəcək. Bundan sonra Rusiyada böhranın ikinci dərəcədə təsirləndirdiyi ölkələr Tacikistan, Özbəkistan, Türkmənistan və hazırkı siyasəti davam etdirərsə Azərbaycan da ola bilər. Odur ki, Azərbaycan hökuməti yatmalı deyil, Rusiyaya sanksiyaların tətbiqindən sonra regionda formalaşan yeni meylləri, qərarlaşan tendensiyaları müxtəlif ssenarilər üzrə qiymətləndirməli və qısa müddət ərzində adekvat proqramlar qəbul etməlidir".
Onun fikrincə, Rusiya sərmayəsi olan banklar və şirkətlərlə bağlı vəziyyətə aydınlıq gətirməli, bankların son günlər valyuta mübadiləsi ilə bağlı manipulyasıyalarının (bəzi banklar son günlər dollar alırlar, satmırlar, rubl almırlar, satırlar), ölkədən valyuta çıxarılmasının qarşısını almalıdır: "Yoxsa Azərbaycanda ayrıca rus bankları və şirkətləri defolt ola və manatın kövrək "sabitliyi" pozula bilər".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar