Xəbər lenti
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
Ölkədə monetar durğunluq getdikcə kəskinləşir. Hesab edirəm ki, bu barədə hökumətə müraciətlərin sayı da durmadan artır. Pulun tədavülü azaldıqca aktivlik də azalır. Köçürmə yolu ilə aparılan hesablaşmalar isə əlavə xərclər yaratdığı üçün qiymətlərin də artmasını qaçılmaz edir.
Maliyyə resurslarının mərkəzləşdirilməsi, şəffaf idarəçilik korrupsiya ilə mübarizə baxımından təqdirəlayiq hadisədir. Məlumdur ki,tədavülə bu cür müdaxilə devalvasiyanın qarşısının alınması, habelə inflyasiyanın tormozlanma səviyyəsinə gətirilməsi üçün də əhəmiyyətlidir. Amma qanunvericilikdə diskriminasiya hallarına yol verilməsi təqdirolunmazdır. Bu bank və digər sahibkarların münasibətlərinə aiddir. Bu barədə bir qədər sonra.
Mən Moderator.az saytında dərc olunmuş 27 mart tarixli məqaləmdə sahibkarların bank hesablarındakı pul vəsaitlərinin nağdlaşdırılmasına qoyulan məhdudiyyət həddinin qanuni əsasının olmadığını qeyd etmişdim. Yazıda nağdlaşdırmanın yeni qanunvericiliyə əsasən, vergitutulan əməliyyat hesab olunmasına baxmayaraq, bir ay ərzində bu həddin ƏDV və SV ödəyicisi olmaq hüququndan istifadə edən vergi ödəyiciləri üçün 30 min manat, digər ödəyicilər üçün isə 15 min manat müəyyən edilməsinin düzgün olmaması da yer almışdır.
İndi isə sözügedən məhdudiyyətlərin qanunlaşdırılması məqsədilə Mülki Məcəlləyə dəyişiklik barəsində söz-söhbətlər yer almaqdadır. Bir məsələni diqqətinizə ərz etmək istəyirəm: beynəlxalq praktikada ixrac əməliyyatları ilə bağlı rezident sahibkarın valyuta hesablarına daxil olan valyuta vəsaitlərinin 70%-i qədər Mərkəzi Bank rəsmi məzənnəyə müvafiq konvertasiya tələbini qoyur. Yəni sahibkar qazanc şəklində əldə etdiyi gəlirin (mənfəətin) 70 faizini Mərkəzi Bankı rəsmi kursu ilə konvertasiya etməlidir. Bu ölkənin valyuta ehtiyatlarının və milli valyutanın tədavül kütləsinin tənzimlənməsi üçün qəbulolunandır. Amma sahibkarın sərəncamçısı olduğu hesablardan pul vəsaitlərinin nağdlaşdırılması vergitutma obyekti deyil. Əgər sahibkar qanunvericiliklə müəyyən olunmuş vergiləri ödəmişdirsə, onun hesablarında olan pul vəsaitləri vergi yükündən azaddırsa, hesabda olan pul vəsaitlərinin nağdlaşdırlması vergi öhdəliyi yarada bilməz. Yəni vergi tutulan əməliyyat kimi qiymətləndirilə bilməz.
Vergitutmanın ən başçlıca prinsiplərindən biri verginin iqtisadi cəhətdən əsaslandırılmasıdır. Bu isə o deməkdir ki, gəlir yaradan əməliyyatların nəticəsini xarakterizə edən vergitutma bazası olmalıdır. Bu da vergilərin müəyyən edilməsinin hüquqi əsaslarına aiddir. Əgər mənbə yoxdursa verginin hesablanması və tutulması üçün heç bir əsas da yoxdur. Deməli mövcud vəziyyətdə sahibkar və ya şəxs öz pul mülkiyyəti üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını da sərbəst həyata keçirə bilmir.
Qeyd edim ki, Mülki Qanunvericiliyin əsas prinsiplərindən biri mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaratmaq və qeyd-şərtsiz mühafizə etməkdir. Hər hansı normanı yazılı qanun şəklinə salmaq o demək deyil ki, onlar ədalətlidir. Dövlət tərəfindən müəyyən olunan, dövlət tərəfindən sanksiyalaşdırılan normaların ilk növbədə konstitusiyaya və hüququn ümumi ideya və prinsiplərinə uyğun olması vacibdir. Biz belə məhdudiyyətləri iqtisadi inkişafa deyil, iqtisadi risklərin artırılmasına doğru kökləmiş oluruq. Ona görə də ölkəmizdə real sahəyə investorların marağını cəlb edəcək heç bir şərait yarada bilmirik.
Əgər hökumət islahatlarla bağlı əlverişsiz mövqe tutursa, buna Milli Məclis münasibət göstərməlidir. Mən üzümü Milli Məclisin hərəkətsiz deputatlarına tutub demək istəyirəm ki,qanun yaradıcılığı iradi tələblərə tabe edilməməlidir. Qanun layihələri müzakirə olunarkən, bu günün deyil, gələrcək maraqların da nəzərə alınması, həmçinin sizin hər birinizin vətəndaş maraqlarının da gözlənilməsi diqqət mərkəzində olmalıdır.Əgər biz bankçılığın üz-üzə qaldığı təhlükənin qarşısını almaq istəyiriksə, qoy hökumət əlverişli diskont dəhlizi, kredit siyasəti, uçot dərəcəsi barədə tədbirlər görsün. Banklar isə real sektorun maraqlarını təmin edəcək şərtlər təklif etsin. Biz bu gün sahibkarların maraqlarını bankarın maraqlarına qurban versək, gələcək tənəzzülün qarşısını ala bilməyəcəyik.
Birmənalı olaraq qəbul etməliyik ki, inzibatçılıq yolu ilə inkişafa nail olmaq mümkün deyil. İnkişafın yeganə yolu əlverişli mühitdir. Fikir verin, nə üçün son zamanlar sahibkarlar ölkəni tərk edirlər? Hətta ölkəmizlə müqayisə olunmaz dərəcədə təbii resursları kəm olan qonşu ölkələrə üz tuturlar. Məgər başqa ölkələrdə nağdsiz hesablaşmalara üstünlük verilmirmi?
Əlbəttə ki,verilir. Bunun yeganə səbəbi ölkəmizdə qeyri-təbii resursların biznes mühitini təşviq etməməsidir. Qeyri-təbii resurslar isə qanunvericilik, inzibatçılıq və məhkəmə hüquq sistemidir. Nəğdsiz hesablaşmaların təşkil olunmasının başqa fərqli yolları var, hansı ki subyektlərin marağını tam şəkildə təmin edə bilər.
Mənə elə gəlir ki, bütün problemlər bizim təfəkkürümüzlə bilavasitə bağlılığı var. Biz ya işi görürük, ya da görmürük. Görürksə, necə görəcəyimiz maraqlı deyil. Ona görə də iş görəndə qaş düzəltdiyimiz yerdə gözü də cıxarırıq.
Elçin Qurbanov
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar