Xəbər lenti

Rusiya “Taxıl sazişi”ndən çıxmağı düşünür.

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bizi növbəti dəfə aldatdılar, taxılımızın tədarükünün liberallaşdırılması baxımından heç bir iş görülməyib”, - deyə Rusiya lideri bildirib.

Putin vurğulayıb ki, Rusiya “Taxıl sazişi”ndən çıxacağı təqdirdə ən kasıb ölkələrə Ukraynadan gələn taxılın həcmini pulsuz verməyə hazır olacaq.

O, həmçinin bildirib ki, Ukrayna “Taxıl sazişi”nin dəhlizlərindən PUA-larını işə salmaq üçün istifadə edir. "Ötən gün Rusiya gəmisinə edilən hücumda dörd dəniz PUA-sıı iştirak edib, onlar məhv edilib", - deyə Putin qeyd edib.

Rusiya prezidenti əlavə edib ki, Amerika PUA-sı Ukrayna PUA-larının Rusiya gəmisinə hücumunu korrektə edib.




Ana səhifəyə qayıt        Baxış: 3 506          Tarix: 13-06-2023, 22:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma