Xəbər lenti

  

“Çin yaxınlaşan İdlib əməliyyatında və digər bölgələrdə Suriya ordusuna terrorçularla mübarizədə kömək edə bilər”.

Ovqat.com xəbər verir ki, bu sözləri Çinin Dəməşqdəki səfiri  Qi Qianjin Suriyanın “əl-Vətən” qəzetinə açıqlamasında bildirib.

Səfirin fikrincə, Çin Suriya böhranı boyunca Dəməşqi siyasi cəhətdən dəstəkləyib və ölkənin yenidən qurulmasında mühüm rol oynamaq istəməsinə baxmayaraq, indiyədək birbaşa hərbi əməliyyatlara qoşulmayıb. Hazırda isə Çin ordusunun "bir şəkildə" əməliyyatda rol almağa hazırlaşdığını gizlətməyən səfir ilk işə İdilibdən başlayacaqlarına eyham vurub.

 Səfirin bu açıqlaması Suriya rejimi tərəfindən də maraqla qarşılanıb. Ölkənin XİN yaydığı bəyanatda Çin səfirinin açıqlamasından məlumatlarının olmadığını, amma terrorizmlə müharibədə hər cür dəstəyi müsbət qarşılayacaqlarını bildirib.




Ana səhifəyə qayıt        Baxış: 500          Tarix: 4-08-2018, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma