Birləşmiş Millətlər Təşkilatının bazar ertəsi günü açıqladığı sənədə görə, keçən il dünyada 824 milyondan çox insan aclıq çəkib. Aclıq çəkənlərin sayında son üç ildə üst-üstə artım qeydə alınıb. Sənədə görə, lazımi qədər qidalanmama, xüsusən də iqlim dəyişikliyi və müharibələrə görə 2015-ci ildən bu günə qədər artır. İki il öncə aclıq çəkənlərin sayı 811 milyon idi.
BMT Dünya Qida Proqramı (WFP) rəhbəri Devid Besli bildirib ki, "2030-cü ilə qədər sıfır aclıq hədəfimizə çata bilməyəcəyik”.
“Dünyada Qida Təhlükəsizliyi və Qidalanma Vəziyyəti” adlı sənəd BMT Qida və Təsərrüfat Təşkilatı ilə digər BMT qurumları ilə ortaq hazırlanıb.
Sənəddə aclığın qarşısının alına bilməsi üçün iqtisadi və siyasi tədbirlər görülməsi, səhiyyə xidməti və təhsil kimi zəruri xidmətlərdə hər hansı qənaətə yol verilməməsinin vacibliyi bildirildi.
BMT-nin sənədinə görə:
*821.6 milyon insan, yəni, dünya əhalisinin 11 faizi aclıq çəkir.
*Aclıq faizinin ən yüksək olduğu yer Afrikadır. Qitə miqyasında hər beş nəfərdən biri, Şimali Afrikada isə hər üç nəfərdən biri acdır.
*Afrika əhalisinin 20 faizi, Asiya əhalisinin də 12 faizi acdır. Latın Amerikasında isə bu rəqəm 7 faizdən aşağıdır.
*Aclıq xüsusən ixrac məhsullarına bağlı olan otra gəlirli və iqtisadi böyümənin gerilədiyi ölkələrdə artır.
*Hər qitədə qadınlar kişilərdən daha çox aclıq çəkir. Qadın-kişi aclığı faizi arasındakı fərqin ən böyük olduğu yer Latın Amerikadır.
*2012-ci ildən bu yana hamiləliyin pozulması faizi də artmaqda davam edir. Bu, gələcəkdə də körpələrin ölüm və ya fiziki olaraq az inkişaf riskini artırır.
*Dünya miqyasında təxminən 149 milyon uşaq aclıqla bağlı inkişaf problemləri yaşayır.
Sevinc, Musavat.com
Paylaş: