Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
Xəbər verdiyimiz kimi, arvadı erməni olan alman millət vəkili və satirik Martin Zonneborn 25 nəfərlik heyətlə dövlət sərhədimizi pozaraq Azərbaycanın işğal edilmiş torpaqlarına səfərə gəlib.
Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, bu gün –avqustun 29-u səhər saatlarında Avropa parlamentinin üzdəniraq deputatı Xankəndidə mətbuat konfransı keçirib. M.Zonneborn bir daha səfərlərindən əsas məqsədin qondarma “respublika”nı tanıtmaq, “Artsax xalqının öz müqəddəratını təyin etmək haqqı”nı müdafiə etmək, eləcə də bu “respublika”da turizmin inkişafına dəstək vermək olduğunu bildirib.
Məlum olub ki, ermənipərəst alman siyasətşinin özü ilə bərabər gətirdiyi arvadı Klaudiya Ter-Sarkisyan Qarabağ haqqında film çəkməyə gəlib. M.Zonneborn fəxrlə vurğulayıb ki, həmin filmin əsas qayəsi bütün dünyaya “Artsax”ın “müstəqil dövlət” olması üçün lazımi atribut və keyfiyyətlərə malik olduğunu göstərməkdir.
Avropa parlamentinin saxtakar üzvü ermənilərin gələn il keçirəcəyi “prezident” və “parlament” “seçkiləri”nin vacibliyindən də danışıb.
Sonda ermənipərəst alman deputat həyasızcasına gələn il Azərbaycanın işğal altındakı torpaqlarına 100 nəfərlik heyətlə gələcəyini bəyan edib.
Xatırladaq ki, M.Zonneborn ötən il də Qarabağa səfər edib. Həmin vaxt alman deputat Azərbaycan tərəfinin tərtib etdiyi “qara siyahı” ilə bağlı istehzalı fikirlər səsləndirib. O, həmin siyahıda 700 ismin yer aldığını və bu rəqəmi 1000-ə qaldırmaq niyyəti ilə 2019-cu ildə Qarabağa təkrar səfər edəcəyini elan etmişdi...
P.S. Arvadı ermənilər Bakıda at oynatdığı bir vaxtda əcnəbi deputatlara nə deyəsən e?..
Sultan Laçın
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar