Bu gün 11 sentyabrda Amerikada həyata keçirilimiş hücumların 18-ci anım mərasımıdır.
Ovqat.com xəbər verir ki, 2011-ci ildə ABŞ paytaxt Vaşinqtonda və Nyu Yorkda həyata keçirilmiş hücumlarda 2977 həyatını itirmişdi. Bundan əlavə, hücumlarda altı mindən çox mülki şəxs yaralanmışdı.
Terror aktı nəticəsində Amerika iqtisadiyyatının məruz qaldığı maddi ziyan 120 milyard doları ötərkən, təkcə Nyu-York şəhərinə vurulan maddı zərər 60 milyard dollardan çox olmuşdu.
11 sentyabr hücumları dünyada təhlükəsizlik siyasəti və diplomatiya sahəsində bir çox dəyişikliyə yol açmışdı. Bu səbəbdən də bir çoxları hadisəni dünyanı dəyişdirən yeni milad kimi qiymətləndirirlər.
Məsuliyyətini əl-Qaidənin üzərinə götürdüyü hücumlar 19 pirat avia-pilot tərəfindən təxminən eyni vaxtda həyata keçirilmişdi. Terrorçu təşkilat tərəfindən yetişdirilmiş pilotlar əvvəl 4 sərnişin təyyarəsini qaçırmış və ABŞ-ın simvolları sayılan müxtəlif strateji nöqtələrə saldırmışdılar.
Paylaş: