Xəbər lenti
27-11-2024, 19:25

 

 Cəmşid Dərələyəzli

     Tarix: 22.10. 2019. Nəhayyət, gözlənilən an gəlib çatdı və sayın Ərdoğanla sayın Putin Suriya mövzusunda  görüşdülər. Görüşə çox yüksək əhvalı-ruhiyyə ilə qatılan dövlət başçıları 6 saatlıq müzakirədən sonra basın mənsublarının qarşısına çıxdılar.  İlk baxışda görüşdən əvvəlki  əhvalı-ruhiyyədən eser belə qalmamışdı.

      Hər iki liderin duruşundan və  bənizlərinin ağlığından anlaşılan o idi ki, görüş heç də hər iki tərəfi tam qane edəcək şəkildə  keçməmişdir. Bu qəbul edilən 10 maddəlik Türkiyə-Rusiya razılaşma momerondumundan da  aydın olurdu.

Gələk Rusiyaya. Birmənalı olaraq qeyd etməliyik ki, Rusiyanın dünya siyasətindəki yeri və çəkisi nəzərə alınmaya bilməz. Biz bunu etiraf etməsək, düşmənin gücünü küçümsəmiş olarıq və bu da bizə heç bir alanda qalibiyyət gətirməz.

İkincisi, Rusiyanın heç bir zaman dostu olmamışdır və əldə olunan işgüzar əlaqələri dostluq kimi qəbul edən ölkələr isə sonda yanılmışlar və ya tamamilə məhv olmuşlar. Bu nədənlə də həmişə demişəm ki,  Rusiyadan dost olmaz. Xüsusən də biz Türklərə.

Üçüncüsü, bölgədə yaradılan PKK teror teşkliatının ilk qurucusu olan Rusiya o təşkilatın tamamən yox olmasına razı olmaz. Çünki, bu təşkilat məqsədli şəkildə yaradılıb. Bunun üçün tarixi ələ almağa da ehtiyac yoxdur, ona görə ki, hər şey ortadadır. Türkiyədə bu təşkilatın qullandığı silah da  Rusiyanındır, işlətdiyi dil də. Yəni onların  bütün təbliğatlarında və gündəlik danışıqlarında ifadə etdikləri

sözlər Rusiyanın sovetlər dönəmindəki ideoloji terminləridir. Misal, imperialist ünsürlər, brujaviklər və s.

     Dünyanın başqa güc mərkəzlərinə gəldikdə isə onlar  sonradan bu təşkilatı bölgədə öz siyasətləri üçün qullanmağa başladılar, bu səbəbdən də pul və silah verməyə başladılar. Lakin  başqa kim qullanır-qullansın, Rusiya yenə də  PKK konusundakı siyasətindən vaz keçmir və keçməyəcək də. Sadə bir misal: Türkiyə  Barış Pinar hərəkatına başlayan kimi, az keçməmiş Rusiya Suriya rejim güclərini qalxan edib Minbiçə  və başqa bir şəhərə daxil olur və ünsür dediyi o teroristlərə bir güllə belə atmır.

İkincisi, son 10 maddəlik razılaşma protokolunda, bir dəfə də olsun  YPG və PYD təşkilatı terrorçu qruplar kimi qeyd olunmur, onlardan sadəcə “ünsürlər” deyə bəhs edilir.

Üçüncüsü, əgər həqiqətən də Rusiya Suriyanın torpaq bütünlüyü üçün oradadırsa, nədən o teror təşkilatlarına qarşı bir dəfə də olsun hücum əməliyyatı keçirməyib?  Yetməzmiş kimi, 22 Oktyabr 2019 tarixdə  liderlərin Soçi görüşü sürərkən, həmin gün  başqa bir kabinetdə Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu və Baş Qərərgah rəisi Valeri Qerasimovun Suriyadakı YPG və PYD-nin başında duran və adı Türkiyənin qırmızı axtarış siyahısına salınmış Ocalanın mənəvi oğlu “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahinlə tele körpü vasitəsi ilə danışıq aparmalarının vidosu da yayıldı. Hətta  o da məlum oldu ki, bir neçə gün sonra ABŞ prezidenti Tramp da o terrorçu ələbaşı ilə bir telefon görüşməsi keçirib və onu yaxın zamanda Amerikada görmək istədiyini dilə gətirib. Hətta bu da azmış kimi,  o öz  Twitter hesabında yazıb ki, "Məzlum Kobani ilə danışmaqdan zövq aldım. General Məzlum, xoş sözləriniz və cəsarətiniz üçün təşəkkür edirəm. Lütfən, sayğılarımı kürd xalqına çatdırın. Səni yaxın zamanda görmək istəyirəm. Bəlkə də kürdlərin neft bölgəsinə getmələrinin zamanı gəlib".

 

     Göründüyü kimi, bu iki  lider açıq-açığına teroristlərlə bir masada əyləşməyi özlərinə rəva və hətta şərəf bilirlər. Onaların bu  riyakarlıqlarına qarşılıq, sayın  Ərdoğan belə bir fikir söyləmişdir: “Bir şeyə üzülürük. O nədir, bilirsinizmi? Nəhəng ölkələrin liderləri terrorçuların liderlərini yanlarına aparır, onlarla masaya oturur, problemi həll etməyə çalışırlar. Bu necə işdir? Belə bir şey ola bilərmi?” Sayın Ərdoğan öz çıxışlarında onu da qeyd etmişdir ki, gün gələcək o teroristlər bir gün onların da canlarını yaxacaq. 

 

Bütün proseslər onu göstərir ki, Rusiya, ABŞ və Batı  PKK konusunda eyni səfdədirlər və onların bu ikiüzlü siyasətlərinin  tək amacı, Türkiyənin o coğrafiyada tək güç olmasını əngəlləməkdir. Amma nə edirlər-etsinlər, özləri də çox gözəl bilirlər ki, o coğrafiyada Türkiyənin iradəsi xaricində heç nəyə nail ola  bilməyəcəklər.

    İndi gələk Türkiyəyə. Bəli, bütün dünyanın super gücləri etiraf etməsələr də, artıq anlayırlar ki, Türkiyə  bölgədə gücdür və onunla hesablaşmağa məcburdurlar. Onu da yaxşı anlayırlar  ki, o coğrafiyada öz siyasətlərini Türkiyə faktorunu  nəzərə almadan yürüdə bilməzlər. Bu gerçəyi bir daha onlar son  Barış Pinar hərəkatı ilə Türkiyə ABŞ və Batıya tutuzdurduğu Osmanlı tokatından da anlamış oldular. Özü də Trampın 9 oktyabr 2019-cu il tarixində yazmış olduğu o sərsəm məktubu oxuduqdan dərhal sonra. Məhz həmin gün, yəni məktubu alıb oxuduqdan dərhal sonra Türkiyə Suriya sınırının ötəsində cəmləşmiş PYD və YPG  terroristlərinə qarşı hərəkat düyməsinə basdı. Nə yazıq ki, bu cavabı anlamayıb, hələ də  Ərdoğanı  guya Trampın o sayqısız məktubuna cavab vermədi deyən,  Qərbə satılmış  CHP və İYİ  partiya zehniyyəti də var. Bu isə çox üzücüdür. Hansı ki, Türkiyə Barış Pinar hərəkatı ilə bütün dünya güclərini və ərəblərin kukla rejimlərini qarşısına alıb belə bir cəsarətli addımı atmakla, onları nakaut vəziyyətinə salmış oldu. Hərəkatın ilk günündə Türk ordusu özünün hazırlığını, döyüş qabiliyyətini  və əsgəri hərəkatını əyyani olaraq dünyaya nümayiş etdirdi. Və hər kəs bu gücün qarşısında ne edəcəyini şaşırdı. Xüsusən də illərdir Türkiyəyə qarşı YPG və PYD terrorçularını yetişdirən, hər cür silahla təchiz edən ABŞ prezidenti Tramp. Ona görə də bu hərəkat sonucu Tramp Amerika tarixinə ən qeyri- ciddi prezident olaraq  düşdü və son çıxış yolunu özündən sonrakı yuxarı rütbəli ABŞ rəsmilərinin Ərdoğanın ayağına göndərilməsində gördü. Bu Türkiyə üçün böyük bir qələbə idi.

 

Qaldı Ruslanın həmişəki  xislətinə, onlar da yaxşı anlayırlar  ki, Türkiyə ilə yaxşı keçinmək lazımdır. Hər şeydən öncə Türkiyə nə olur-olsun, sonda bir NATO ölkəsidir. İkincisi də bu gün bu ölkə ilə hər alanda işgüzar əlaqələr qurulub. Üçüncüsü, Türkiyə Qərbin ona iqtisadi saksiyalar uyğuladığı bir zamanda Türkiyə Rusiyanın yanında yer aldı. Türkiyə tarixində oktyabr olayları bir də onu üzə çıxardı ki, dost kimdir, düşmən kimdir. Məlum oldu ki, Türkün Türkdən başqa dostu yoxdur. Başqalarının isə,  sadəcə  öz çıxarları öz mənafeləri vardır! 

 




Ana səhifəyə qayıt        Baxış: 2 114          Tarix: 29-10-2019, 11:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma