Hüquq müdafiəçisi Oqtay Güləliyevin son durumundan xəbər var.
Modern.az-ın məlumatına görə, həkim Adil Qeybulla Oqtay Güləliyevi cərrahi əməliyyat etmiş neyrocərrah Bəhmən Yadigarovla danışdığını deyib.
“Oqtay Güləliyevi cərrahi əməliyyat etmiş neyrocərrah Bəhmən Yadigarovla danışandan sonra həkimlərin icazəsi ilə Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsində Oqtay bəyi ziyarət etdim. Kəskin dövr hələ keçməyib. Süni ventilyasiya şəraitindədir. Bununla yanaşı, vəziyyəti stabildir, geriləmə yoxdur, beyin travmasına bağlı komatoz durumdadır. Hemodinamik göstəriciləri stabildir, saturasiyası (toxumaların oksigen təminatı) normaldır”.
O.Güləliyev oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçərkən vurulub.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sürücü qəza nəticəsində xəsarət almış piyadanı xəstəxanaya çatdırıb. O.Güləliyev dünən “City Hospital”da əməliyyat olunub.
Daha sonra onu “City Hospital”dan Respublika Neyrocərrahlıq Xəstəxanasına köçürüblər.
.
Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Paylaş: