İran hökuməti xalqın etiraz hüququna hörmət etməli və etirazçılarla münasibət qurmağa çalışmalıdır.
Aznews.tv xəbər verir ki, bu sözləri Almaniya kanslerinin sözçüsü Ulrike Demmer söyləyib. O, İran hökumətini nümayişçilərin səslərini eşitməyə çağırıb:
“İranda baş verənlər iqtisadi və siyasi vəziyyətdən şikayət deməkdir. İranlılar qanuni etiraz edirlər və buna hökumətin hörmət etməsi uyğun olar. Tehran hökumətini söz və toplaşmaq azadlığına hörmət etməyə çağırıram”.
İran xalqı dinc etirazlar keçirməyə layiqdirlər.
Bu sözləri isə Hollandiyanın Xarici İşlər naziri Stef Blak Tvitter hesabında yazıb.
O, İrandakı durumu ölkənin Xarici İşlər nazirinin müavini Abbas Araqçı ilə müzakirə etdiyini deyib.
Xatırladaq ki, ölkə rəsmiləri təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı zorakı davranışlarını dəstəkləyib, nümayişçiləri “quldur dəstəsi” adlandırırlar. Halbuki, etirazlarla bağlı görüntülərdə xalqın dinc aksiya etdiyi, təhlükəsizlik qüvvələri tərəfindən güllələndiyi aydın görünür.
Qeyd edək ki, İranda benzinin bahalaşması ilə əlaqədar İranın 100-ə yaxın şəhərində etirazlar başlayıb. Etirazlar İranın müxtəlif şəhərlərində, özəlliklə, Güney Azərbaycanda davam etməkdədir. İnternet ölkənin bütün şəhərlərində kəsilib.
Paylaş: