Xəbər lenti

 

Qəzadan sonra Türkiyədə müalicəsi davam edən hüquq müdafiəçisi Oktay Gülalıyevin səhhəti yaxşılaşır.

Bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev “Faceebook” səhifəsində yazıb.

" Atam Oktay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur. Son 2 gündə qızdırması olmayıb və nəfəs alması yaxşılaşıb. Həmçinin böyrəklərində olan kreatinin səviyyəsi azalmağa doğru gedir.Tez bir zamanda daha yaxşı xəbərlər vermək diləyi ilə. Atama dəstək olan hər kəsə ailəmiz adından öz dərin təşəkkürümü bildirirəm!”, -hüquq müdafiəçisinin oğlu əlavə edib.

Oktyabrın 29-da taksi sürücüsü Kənan Abdullayev Hyundai Accent markalı avtomobildə yoldan keçən hüquq müdafiəçisi Oktay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq müdafiəçisi beyin qansızması keçirib. Hal-hazırda onun müalicəsi Türkiyədəki Amerika Klinikasında Heydər Əliyev Fondunun dəstəyi ilə davam edir. \\Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 406          Tarix: 13-12-2019, 23:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma