Xəbər lenti

  

Respublikanın daxili işlər orqanları tərəfindən, 2019-cu il dekabr ayının 30-dan 31-dək törədilmiş 14 cinayətin üstü “isti izlər”lə açılmışdır. 

         DİN-in Mətbuat Xidmətindən Ovqat.com-a verilən məlumata görə, həmçinin əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması da təmin olunmuşdur.   

         - Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

         - Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüşdür.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilmişdir.

         - Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılmışdır.




Ana səhifəyə qayıt        Baxış: 226          Tarix: 31-12-2019, 11:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma