Xəbər lenti

 

DTX-nın Neftcala əməliyyatı əməliyyatı ilə bağlı açıqlamasında rayondakı korrupsiya mexanizminin əsas çərxlərindən biri kimi ifşa olunan icra başçısının müavini Gültəkin Sadıqovanın adının göz altına alınanlar arasında yer almaması yanlış qənaətlərə yol açmışdı. Rəsmi məlumatda deyilirdi:

“Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılmışlar”.

Göründüyü kimi, məlumatda həbs edilənlər sırasında Gültəkin Sadıqovanın adı görünmürdü. Nəticədə belə bir təsəvvür yaranmışdı ki, DTX qadın olduğunu nəzərə alıb Gültəkin Sadiqovaya toxunmayıb.

Ovqat.com bununla bağlı rəy yazısında qanun qarşısında cinsindən və sosial statusundan asılı olmayaraq, hər kəsin bərabərhüquqluluğunu əsas gətirərək Gültəkin Sadiqovanın məsuliyyətdən kənar tutulmasını DTX üçün centlmenlik, məhkəmə-hüquq sistemi baxımından isə ədalətsizlik kimi qiymətləndirmiş və məhkəmə orqanları qarşısında “o qadın həbs edilsin” təklifini irəli sürmüşdü.

 Bu qadının göz yaşına baxmaq olmaz

Qaynar.info-nun bir müddət öncə açıqladığı bir məlumat isə o qadının da həbs olunduğunu göstərir. Məgər ki, Gültəkin Sadiqovanın “və digərləri” kateqoriyasına aid edilməsi gözdən yayınmasına səbəb olubmuş.

Məlumatda deyilir:

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti Neftçalada xüsusi əməliyyat keçirib və başda icra başçısı olmaqla bir neçə vəzifəli şəxs həbs olunub.

Qaynarinfo  xəbər verir ki, saxlanılanlar arasında Neftçalanın icra başçısının müavini Gültəkin Sadıqova da var. G.Sadıqova bu il keçirilən seçkilərdə deputatlığa namizəd olub. O, fevralın 9-da baş tutan növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən mandat uğrunda mübarizəyə qatılıb.

Qeyd edək ki, Gültəkin Sadıqovanın namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb.




Ana səhifəyə qayıt        Baxış: 790          Tarix: 21-02-2020, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma