Xəbər lenti

 

Bu gün 10 saylı Cəza Çəkmə Müəssisəsində hüquqlarnı müdafiə etdiyim bir məhkumla görüşdüm. Mən ümumiyyətlə maska taxmıram, bura isə maskasız buraxmadılar və maskanı özləri verdilər.

Teleqraf.com xəbər verir ki, bu fikirləri vəkil Cavad Cavadov özünün Feysbuk hesabında yazıb.

Vəkil bildirib ki, müəssisəyə daxil olmazdan əvvəl ayaqqabılar bu qaydada dezinfeksiya olunur və əllər spirtlə yuyulur, həkim hərarəti ölçür:

“Bu qaydalar işçilərə də şamil olunur. Görüşdüyüm məhbus dedi ki, burada koronavirus şübhəsi ilə kimsə təxliyyə edilməyib və narahat edici durum yoxdur. CÇM-nin rəisi ilə söhbət etdim, məhbusların azad edilməsi prosesi davam edir. Bu proses davamlı olmalıdır və yalnız cəza çəkmə müddətinin bitməsinə az qalmış şəxslərin deyil, qanun imkan verilən bütün məhbuslar azad edilməlidir və bu zaman hər hansı ayrı seçkilik olmamalıdır. Yaxın vaxtlarda vəkillik səlahiyyətimdən istifadə edib digər Cəza Çəkmə Müəssisələrində olan müvəkkilərimlə görüşüb ordakı durumları da dəyərləndirməyə çalışacam”.




Ana səhifəyə qayıt        Baxış: 1 291          Tarix: 27-03-2020, 14:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma