Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Ermənistanla Azərbaycan arasında son günlər baş verən toqquşmalar əslində, təəssüf ki, proqnozlaşdırılan idi.
Ovqat.com xəbər verir ki, Azərbaycan-Ermənistan sərhəddində son zamanlar baş verən toqquşmalara təəccüblənməyən Fransanın “Md-progressistes” nəşridir.
Nəşrin baş verənləri adi hal qarşılaması isə əsassız deyil: “Qafqazın bu iki keçmiş sosialist respublikası arasında az qala 30 ildir – Sovet İttifaqının süqutundan bu yana mütəmadi olaraq toqquşmalar yaşanır”.
“Md-progressistes”-in “Qafqazda müharibə virusu” sərlövhəli məqaləsini təqdim edirik.
Vəziyyəti daha yaxşı anlamaq üçün tarixə kiçik ekskursiya edək.
İki ölkə arasındakı mübahisənin mərkəzində hələ Stalin dövründə Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olmuş, lakin əsasən ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ bölgəsi dayanır. 1980-ci illərin sonlarında Ermənistan Dağlıq Qarabağın özünü müstəqil elan etməsinə dəstək olub. Bu, Ermənistanla Azərbaycan arasında müharibəyə yol açıb. Müharibə yalnız 1994-cü ildə Ermənistanın xeyrinə olan atəşkəs sazişinin imzalanması ilə dayandırılıb.
Qafqazda baş vermiş bu dəhşətli müharibə nəticəsində 30 min nəfər həyatını itirib, əksəriyyəti azərbaycanlı olmaqla, 1 milyondan çox insan qaçqına çevrilib. Bundan başqa, müharibə nəticəsində Azərbaycan torpaqlarının 20%-ni itirib.
O vaxtdan bölgədə gərginlik səngimir. Tərəflər arasında gərginlik özünün pik nöqtəsinə 2016-cı ildə baş vermiş “dördgünlük müharibə” zamanı çatmışdı. Həmin hadisə bölgədə 1994-cü ildəki qüvvələr nisbətinin dəyişdiyini də ortaya çıxarmışdı.
Ən son qarşıdurma zamanı isə hər iki tərəfdən azı 16 nəfər həyatını itirib. Azərbaycan tərəfdən 11 hərbçi (onların arasında bir general da var) və 1 mülki şəxs, Ermənistan tərəfdən isə 4 əsgərin öldüyü bildirilir.
Qəribəsi odur ki, bu dəfə toqquşmalar münaqişəli Dağlıq Qarabağdan çox uzaqda, şimal bölgəsində baş verib. Odur ki, bölgə üzrə ixtisaslaşmış müşahidəçilər müxtəlif qüvvələrin (xüsusilə Rusiya və Türkiyənin) nüfuz dairəsində olan bu regionda müharibənin yenidən başlaya biləcəyini düşünür.
Hər halda, baş verənlər münaqişə tərəfləri arasında etimadsızlıq atmosferini gücləndirir. Bir tərəfin atdığı addım digər tərəfin qətiyyətini artırır. Başqa sözlə, silaha əl atılırsa, millətçi ritorika güclənirsə, münaqişənin diplomatik yolla həlli imkanları azalır.
Ancaq müharibə qaçılmaz deyil. Məsələn, Fransa münaqişə tərəflərinin “böyük qardaş” Rusiyaya etimadsızlığından, Sem dayının bu məsələdəki zəifliyindən və Türkiyənin Bakıya qeyd-şərtsiz dəstəyindən istifadə edərək, Minsk qrupu (ona Fransa, ABŞ və Rusiya həmsədrlik edir) vasitəsilə problemin həllində aparıcı rolu öz üzərinə götürə bilər. Başqa sözlə, sülh yolu hələ də qalır. Ümid edək ki, Paris diplomatik təşəbbüslərlə məhz buna çalışacaq.
Marsial Lö Bul
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar