Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Polşanın Baş naziri Mateuş Moravetski Almaniyanı və Avropa İttifaqını rusiyalı müxalifətçi Aleksey Navalninin zəhərlənməsinə cavab olaraq "Şimal Axını - 2" qaz kəmərinin inşasından imtina etməyə çağırıb.
Ovqat.com-un məlumatına görə, Moravetski bazar günü, 13 sentyabr tarixində “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc olunan məqaləsində yazıb: "Uzaqdan Rusiyaya barmaq silkələyib, sonra "Qazprom"la “Şimal axını-2” layihəsinə qoşula bilməzsən”.
Moravetskinin sözlərinə görə, Navalninin zəhərlənməsindən çıxarılacaq yeganə səmərəli nəticə "Şimal axını-2” layihəsini ümumiyyətlə “tarixin arxivinə göndərilməsi” ola bilər.
“Rusiya müxalifətinin aparıcı nümayəndəsini qadağan olunmuş kimyəvi maddələrlə zəhərləmək cəhdi, özü də Berlində Aİ ilə Rusiyanın münasibətləri barədə planlaşdırılan danışıqlardan iki gün əvvəl bu hadisənin baş verməsi Avropa və bütün demokratik dünya üçün bir çağırışdır",-yazan Polşanın Baş naziri daha sonra vurğulayır:
“Bundan başqa, sözügedən qaz kəməri Avropanı Rusiya qazının nəqlindən asılı vəziyyətə salır. Ən təhlükəlisi isə odur ki, iqtisadi əməkdaşlıq pərdəsi altında Rusiya Aİ və NATO çərçivəsində iqtisadi və siyasi baxımdan ən vacib tərəfdaşlarından olan Almaniyanın fəaliyyətinə təsir göstərəcək”.
Onun fikrincə, Rusiyanın Qərb standartlarında demokratiyanı və söz azadlığını tanımadığını tənqid etmək kifayət deyil. Moravetski əmindir ki, beynəlxalq standartları və beynəlxalq qanunvericiliyi pozan dövlətlə yalnız öz ərazisində deyil, həm də Aİ və NATO üzvlərinin ərazisində konstruktiv dialoq aparmaq qeyri-mümkündür.
Qaynaq: Wir sollten Nord Stream 2 zu den Akten legen
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar