Xəbər lenti

Jalə Mütəllimova
 
Sirr deyil, Rusiya yaraşıqlı qadınları ilə populyar ölkədir. Yəni naz, qəmzə və sairlə nəyə desən nail ola bilənləri xeylidir. Məsələn, bir Dusya təsəvvür edin, olsun lap Nikolay adlı dostu ilə. Bir gün Nikolay varır gedir evinə, Dusya da qalır arxasıyca baxa-baxa və hirsindən gedir kimi gəldi qucaqlayır...
 
Rusiya indi Qarabağda məhz Dusya kimi davranır. Hikkəsindən baş verənlərə baxa-baxa qalıb və kimi gəldi qucaqlayır...
 
*
İki günlük xəritə olayından sonra,  əsirləri gətirib-götürən Rusiya sülhməranlılarının komandanına əmr verib ki, get Azərbaycana, əsirləri təhvil ver, mısmırığını salla, dayan. Sonra qayıt dala, İrəvanda ermənilərə gülümsə, Arayiki al qollarına, bas bağrına, qucaqla. O Arayik Arutyunyan ki, əli yüzlərlə azərbaycanlının qanına bulaşıb və haqqında cinayət işinin qaldırılması məsələsi gündəmdədir.
 
Buna rəğmən, "sülhməramlı", terroristi qucaqlayır. Yəni  "Arayiki qucaqlama əməliyyatı" keçirir. Niyə?
 
Get Hadruta, missiyanı icra elə!
 
Xankəndidə postun ola bilməz!
 
Kimsəyə rus pasportu paylaya bilməzsən!
 
İcazə verməsək, Qarabağa erməni gətirə bilməzsən!
 
Sülhməramlı missiyanın icrasında ağır silah növlərinin əraziyə gətirə, onlardan istifadə edə də bilməzsən!
 
Səhra hospitalını mən deyən yerdə quracaqsan!
 
Gəncəyə gətirdiyin yük yoxlanacaq, sonra yükünü nəzarət altında daşıyacaqsan!
 
Hələ ara bir deyilir ki, işinin öhtəsindən gələ bilmirsən. Üstəlik Azərbaycan ictimai rəyində çox pis reputasiyan var. 
 
Bundan başqa Azərbaycan Zəfər paradı keçirdi. Ermənidən qənimət olaraq götürülən rus silahlarının paradda nümayiş etdirilməməsi xahişi də yerə düşdü və sair... 
 
Bunu Azərbaycan etdi. Əsrlərdir imperiya siyasəti ilə idarə olunan və idarə etməyə öyrənmiş Şimal nəhənginə. Həzm edə bilərmi? Yox! 
 
Yəni Dusyalıq eləməyə səbəb çoxdur. Rusiya, Ermənistanı Arayikin simasında mütləq qucaqlamalı idi. Qucaqlamasaydı, təəccüblü olardı. 
 
Və görünən bu ki, belə davam etsə, sülhü və məramı asta-asta üzə çıxanlara düz Rusiyaya sarı yol görünür
 
*
...Yeri gəlmişkən, aydın məsələdir, Qarabağ artıq   Azərbaycanın nəzarətindədir. Azərbaycan ilkin mərhələdə, işğaldan azad edilən ərazilərə 12 min vətəndaşını köçürməyi planlayir ki, bunun üçün sürətlə ərazidə bərpa işləri aparır.
 
Sual oluna bilər, illər ərzində Azərbayan ərazilərini işğal edib, özünün gerçək xarakteri ilə "prezidenti" olduğu qondarma dövlətin adı arasında ((S)Arsax), bircə həriflik fərq olan Arayik Arutyunyan niyə azadlıqda gəzir? Niyə Azərbaycanın xüsusi xidmət orqanları anti-terror əməliyyatı reallaşdırıb onun həbsi və Azərbaycan qanunları ilə cəzalandırması işini reallaşdırmır? Buna tam haqqı var Azərbaycan tərəfinin. Ara-sıra keçirilən əməliyyatlardan və bu əməliyyatı reallaşdıran dövlət qurumların fəaliyyət istiqamətini analiz etdikdə, aydın görünür ki, Arayik Arutyunyanla bağlı anti-terror əməliyyatını keçirilməsi də istisna deyil. 
 
Ancaq o günə qədər artıq Azərbaycan tarixən və indiki humanist davranışından çəkinməlidir. Rusiya 44 gün ərzində qaçaqçılıq yolu ilə silah daşıdı. Sonra Azərbaycanın nəzarəti ilə ərazisində dəfələrlə terror törətdikləri Gəncə şəhərinin aeroportundan erməniyə tikinti materialı, ərzaq, yanacaq daşıdı, prosesə sadəcə nəzarət etdik. Sonra bəlli xəritə oyunu qurdular. Ən müxtəlif bəhanələrlə əsgərlərini güdaza verib silahlı qüvvə sayını artırmağa çalışdılar, o da olmadı. Yəni nə uzaq, nə də yaxın tarixdə etdiklərini bu günlərdə təkrarlamaq cəhdləri alınmır. Gedib Arayiki qucaqlamaqla  acıq verirlər indi də. Qucaqlayın, bərk-bərk qucaqlayın, general Muradov. Zatən bəlli idi Azərbaycanda sülh missiyası sizlik deyil. Zatən biz də çoxsaylı anti-terror əməliyyatlrının şahidi kimi gözləməkdəyik. 
 
16.12.2020.



Ana səhifəyə qayıt        Baxış: 3 548          Tarix: 16-12-2020, 15:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma