Xəbər lenti
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Nazim Cəfərsoy
Əvvəla, onu deyim ki, mərhum Əbülfəz Elçibəy ölkədəki siyasilər içində tənqidə və fərqli fikrə ən dözümlü yanaşan insanlardan biri olub. Ancaq son dövrdə Azərbaycan milli hərəkatının lideri və Azərbaycan prezidenti olmuş mərhum Əbülfəz Elçibəyə dair yanaşmalar və onu Ermənistan baş nazirinə bənzətmək bir neçə baxımdan çox yanlışdır.
Məsələyə insanı baxımdan nəzər salsaq, əvvəla, Əbülfəz bəy artıq rəhmətlik olub, ona dair ittihamlara cavab verə bilmir.
İkinci, bu mövzular Azərbaycan siyasətində uzun illər boyu gündəmə gəlib doğru və ya yanlış, yetərli vəya yetərsiz mərhum Elçibəy bu ittihamlara cavab verib.
Üçüncü, Azərbaycan milli ənənəsində vəfat etmiş insanın arxasından mənfi motivli nələrsə demək cəmiyyətdə qəbul olunan yanaşma deyil.
Dördüncü, rəhmətlik Elçibəyə qarşı istifadə edilən üslub isə etik deyil.
Məsələyə dövlətcilik baxımından baxsaq, burda iki məqam var. Əvvəla, Azərbaycana dövlət müstəqilliyi gətirmiş xalq hərəkatın liderini düşmən ölkənin lideri ilə müqayisə etmək hər şeydən öncə bu dövlətin qurucusu xalqımıza və onu mübarizəsinə qarşı hörmətsizlikdir. Hələ bu paralelliyin məntiqi inkişafının bizim xalqın nəyə bənzətmək mənasına gəldiyini demirəm heç.
İkincisi, Əbülfəz Elçibəy doğrusu ilə, yanlışı ilə bu ölkənin prezidenti olub, bizim kimi dövlətçilik ənənələrinin zəif inkişaf etdiyi ölkədə dövlətin keçmiş və həm də vəfat etmiş birinci adamına lazımi hörmət və ehtiramı göstərmək lazımdır. Bu hörmət və ehtiram hər şeydən əvvəl onun zamanında xalqın dəstəyi ilə sahib olduğu məqamına hörmət və ehtiram göstərməkdir. Bu hörmət və ehtiramın göstərilməsi isə cəmiyyətə istiqamət verməkdə müəyyənləşdirici rolu olan rəsmi şəxslərin, siyasətçilərin və ziyalıların öncəlikli vəzifəsi və məsuliyyətidir.
Üçüncü, siyasi baxımdan mərhum Elçibəyin mirasına iddialı olan partiyalar var. Əgər onun siyasi xəttini tənqid etmək istəyirsinizsə mirasa iddialı olan mövcud liderlər və siyasət anlayışları üzərindən tənqid etmək daha doğru və uyğundur. Siyasətdə keçmiş üzərindən edilən və üslubu da problemli olan tənqidlər həm də cəmiyyətin lazımsiz gərginləşməsinə və mövcud problemlərin həlli yerinə keçmişə dair nəticəsi olmayacaq səmərəsiz enerji xərclənməsinə səbəb olur. Faydali olan rəsmilərin və siyasətçilərin keçmişi yox, bugünü və gələcəyi danışmasıdır. Elm adamları isə bunu elmi müstəvidə tədqiq və səviyyəli müzakirə edə bilərlər.
Dördüncü, strateji baxımdan Elçibəyin Türkiyə ilə münasibətlər barədə dedikləri və maliyyətini siyasi olaraq ödədiyi hədəflər bugün tək-tek reallaşır. Bu mənada mərhum Elçibəy uyğun və xoş olmayan formada tənqid edilsə də, Türkiyə ilə münasibətlər barədəki fikir və arzularının hakimiyyətdə olduğunu demək yanlış olmaz.
Digər tərəfdən, dünyanın gedişatı mərhum Elçibəyin Güney Azərbaycan və Türk dünyası barədə dediklərinin də gələcəkdə reallaşacağına dair güclü işarələr verir. Yəni Elçibəyi bu şəkildə ittiham etmək gələcəkdəki strateji hədəflərimiz üçün də uyğun bir addım deyil.
Müstəqil Azərbaycanın artıq 30 yaşı var, siyasi mədəniyyətimizin və polemikamızın da bu yetkinliyə uygun olması dövlətimizə və milletimizə daha çox faydalı olar!
P.S. Bu yazıyı dəstəkləyən vəya qarşı çıxaraq şərh yazan hər kəsin üslubla və səviyyə ilə bağlı həssasiyyəti göstərməsini xahiş edirəm.Yoxsa o şərh silinəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar