Xəbər lenti
 

Həm Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba, həm də Baş nazirin Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə müavini Olga Stefanişina Ukraynanın vəd edilmiş təzminatdan heç bir şey almayacağını açıq şəkildə bildirirlər. Onların açıqlamaları Ukraynanın "Şimal axını-2" layihəsini dayandırmaq uğrunda mübarizədə məğlubiyyətdən doğan yüksək narazılığın təzahürürdür”.
 
Ovqat.com xəbər verir ki, Kiyev Siyasi Araşdırmalar və Konfliktologiya Mərkəzinin direktoru Mixail Poqrebinski Rusiyanın “Vzqlyad” nəşrinə açıqlamasında bildirib.
 
Mütəxəssis "Kulebanın Polşalı həmkarı ilə inşası son mərhələyə çatan qaz kəməri layihəsini qarşısını almağa çalışdıqlarını" xatırladaraq deyib: “Ancaq buna özləri də ciddi şəkildə inanmırlar. Düşünürəm ki, bunun real olmadığını başa düşürlər ”.
 
Aİ-nin iştirakı sayəsində Rusiya ilə üçtərəfli qaz nəqli konsorsiumunun yaradılması planından danışan Poqrebinski hazırda bunun mümkün olmadığını, ancaq fikrin özünün müsbət səsləndiyini bildirib.
 
Bu fikrə qayıtmağın mümkün olması üçün Ukraynanın şərqindəki münaqişəni həll edəcək danışıqlarda irəliləyişə ehtiyac var. Kiyevlə Moskva arasındakı münasibətlərin hazırkı vəziyyətində, Ukraynanın Rusiyanı "təcavüzkar" adlandırdığı bir zamanda konsorsiumun yaradılması ilə bağlı danışıqları təsəvvür etmək çətindir", - politoloq belə düşünür.
 
Xatırladaq ki, Ukrayna Baş nazirinin Avropa və Avroatlantik məkanla inteqrasiyası üzrə müavini Olga Stefanishina Kiyevin “Şimal axını-2” qaz kəmərinin tamamlanmasına hansı şərtlərlə razı olacaqlarını açıqlayaraq bildirmişdi:
 
İlk şərt enerji həll paketidir. Bu, tranzitin qorunmasının və üçtərəfli müqavilə çərçivəsində müqavilə münasibətlərinin davam etməsinin təminatıdır”.
 
Onun sözlərinə görə, Kiyev "ərazi bütövlüyü və suverenliyi" ilə bağlı da “zəmanət" almalıdır: "Eləcə də Avropa Birliyi ilə Assosiasiya Sazişinə uyğun olaraq qaz və elektrik bazarlarına inteqrasiya öhdəlikləri də yerinə yetirilməlidir".
 
Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba isə ABŞ və Almaniya arasında “Şimal axını-2” ilə bağlı razılaşmaya baxmayaraq, Kiyevin qaz kəməri ilə mübarizəsini dayandırmayacağını, “oyun bitmədiyni”, hələ “daha iki uzatma dəqiqələri və penal atışlarının qaldığını” vurğulamışdı.
 
Xarici İşlər naziri həmçinin, “alman-amerikan razılaşması”nın “tarixin sonu olmadığına” inandığını bildirmişdi. Onun sözlərinə görə, Kiyevin bu müqavilənin həyata keçirilməsi ilə bağlı Qərb tərəfdaşlarına çox sualları var.
 
Xatırladaq ki, Ukrayna rəsmilərini xəyal qırıqlığına uğradan hadisə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın bir neçə gün əvvəl səslədirdiyi rəsmi açıqlama olmuşdu. Xanım diplomat Almaniya ilə ABŞ-ın "Şimal axını-2" layihəsinin bitirilməsi ilə bağlı razılaşlaşdıqlarını bildirmişdi. Nuland razılaşmada Ukrayna üçün də bəzi güzəştlərin nəzərdə tutulduğunu; ilk növbədə Kiyevin “Qazprom”la bağladığı qaz müqaviləsinin 2024-ci ildən etibarən 10 il   uzadılacağını, ABŞ-la Almaniyanın bu ölkədə 1 milyard dollara yaxın dəyəri olan ekoloji cəhətdən təmiz enerji təsisatları quracaqlarını açıqlamışdı. 
 
Bütün bu güzəştlər isə Ukraynanı qane etmirdi. “Şimal axını-2” layihəsinin fəaliyyətə başlaması ağır iqtisadi böhran keçirən Kiyevin üçün ildə əlavə 4-5 miyard dollar itkiyə başa gələcəkdi. Kiyev Siyasi Araşdırmalar və Konfliktologiya Mərkəzinin direktoru Mixail Poqrebinskiyə inansaq, Moskva ilə sövdələşmələrdə hətta Kiyevə vəd edilən güzəştlərlə bağlı razılıq da əldə olunmayıb.

Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 4 934          Tarix: 23-07-2021, 20:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma