Xəbər lenti

 
 
ABŞ Əfqanıstana yenidən 3000 əsgər göndərəcək.
 
Ovqat.com-un məlumatına görə, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib.
 
Onun sözlərinə görə, hərbçilər ABŞ Dövlət Departamentinin istəyi ilə bölgəyə göndərilirlər. Onlar ABŞ vətəndaşlarının, o cümlədən diplomatlarının və Vaşinqtonun bu ölkədəki diplomatik nümayəndəliklərinin əfqanıstanlı əməkdaşlarının təxliyəsi ilə məşğul olacaqlar
 
Böyük Britaniyanın Müdafiə Nazirliyi də eyni məqsəd üçün Əfqanıstana 600 hərbçi yollayacağını elan edib.


Ana səhifəyə qayıt        Baxış: 4 064          Tarix: 13-08-2021, 11:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma