Xəbər lenti

  

ABŞ-ın dəstəyiylə PKK (PYD) Suriyanın ən zəngin neft yataqlarının yerləşdiyi Deyrizor vilayətinin şimal-şərq hissəsinin ən nəhəng qaz istehsalı zovaqdunu ələ keçirib.

Ovqat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin müəssisə Deyrizorun İraq sərhəddi xəttində, Fərat çayının şərqində yerləşən neft sahələri içərisindəki qaz istehsalı ilə məşğul olan "Konoko" adlı zavoddur.

Müəssisə sırağa gün axşam ABŞ liderliyindəki koalisiya qüvvələrinin hava hücumlarına məruz qaldıqdan sonra dünən günorta saatlarında PKK-nın əlinə keçib.

Bu böyük uğur PKK üçün çox da çətin olmayıb. Koalisiya qüvvələrinin hava hücumları nəticəsində ərazindən çəkilən İŞİD heç bir müqavimət göstərmədən zavodu PKK-ya təslim edib. PKK-nın yaxın günlərdə daha böyük “asan loxma” ilə mükafatlandırılacağı gözlənilir. Nədən ki, İŞİD-in tərk etdiyi həmin ərazidə 11 əsas neft yatağı var. Ölkənin ən zəngin neft yatağı sayılan "əl-Ömər" də Fərat çayının şərqində yerləşir və PKK artıq digər əraziləri də ələ keçirməyə hazırlaşır.

 

Deyrizoru ikiyə bölən Fərat çayının şərqindəki Əl Ömər, Tanak, Vard, Afra, Kevar, Cafran, Carnuf, Azra, Kahar, Şueytat və Galban neft sahələri, təxmini hesablamalara görə, Suriyanın enerji qaynaqlarının üçdə birini təşkil edir.

Son üç ildə İŞİD-in həmin neft yataqlarından milyonlarla dollar qazandığı güman olunur.




Ana səhifəyə qayıt        Baxış: 2 855          Tarix: 24-09-2017, 09:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma