Xəbər lenti

 

Heydər Əliyevin hərbi səlahiyyətli nümayəndəsi Urfullah Qurbanovla sabiq Müdafiə naziri Rəhim Qazıyev arasında söz duelinin axırına gəldik.

Rəhim Qazıyevin bir neçə gün öncə onu Naxçıvana hərbi paradı izləməyə dəvət edən opponentinə yazdığı cavab məktubunu Ovqat.com oxucularına təqdim edirik:

 

 

"Rufulla Qurbanov, 15-17 oktyabr 2017-ci iltarixdə interneti izləmək imkanımın olmaması səbəbindən, sizin 15.10.2017 tarixli növbəti qərəzli yazınızı vaxtında cavablandıra bilməmişəm. Bu yazını, sizin qərəzli yazınıza, pafos qarışıq iddialarınıza və əsassız uydurmalarla dolu ittihamlarınıza  son cavabım kimi qəbul edin. Lakin, bu heç də mənim sizinlə canlı debatdan imtina kimi qəbul edilməməlidir! Hesab edirəm ki, həmin dövrdə baş verən tarixi hadisələrə bütpərəst mövqeyindən baxışınız, sizi ədalətli mövqeyə gəlmək imkanından məhrum edir. Bu sonuncu cavabı sizə yazmaqda isə, əsas məqsədim, heç də sizi öz mövqenindən döndərmək deyil, niyyətim həmin tarixi dövrün bəzi məqamlarını olduğu kimi, qərəzsiz bilmək istəyən, buna haqqı olan  hörmətli oxuculara çatdırmaqdır.                                                                                                                                                      

Birincisi, keçən yazımda,  "bəli, həmin məktubu xatırlayıram" dedikdə, sizin öz axivinizdə saxlayıb, 25 ildən sonra, hansı məqsədlərləsə mətbuata təqdim etdiyiniz o məktubu nəzərdə tutmamışam! İndi də, nə sizdə olan o məktubu , nə də ki, sizi xatırlayıram. Və elə bu məqamdaca, normal təfəkkür sahibi olan hər bir oxucuda təbii bir sual yaranır: Nə üçün Naxçıva MR-nin rəhbərliyinin sizin vasitənizlə MN-nə, yəni mənə ünvanladığı məktuba, sizin iddia etdiyiniz kimi, verdiyim mənfi cavabı və həmin məktubu MR-nın rəhbərliyinə qaytarıb, mənim qərəzli mövqeim barədə onlara rəsmi məlumat verməmisiniz? Mənim "qərəzli və təhlükəli” mövqeyimi MR-nın rəhbərliyindən gizlətməklə hansı məqsədləri güdürdünüz? Bu qeyri-səmimi münasibətinizlə, Heydər Əliyev kimi bir təcrübəli KQB generalının çox inanıb, xüsusi tapşırıqlar verdiyi bir şəxs olaraq, siz, bu əməlinizlə kimə və nəyə xidmət edirdiniz?!

Mənim “xatırladığım” məktub isə, həmin dövrdə MR-ın rəhbəri olan  H.Əliyevlə, mütəmadi telefon əlaqələri zamanı, müzakirə olunub, ümumi razılıq əsasında, elə həmin vaxtlarda MN-nin üvanına göndərilmiş, mənim də müvafiq dərkənarımla icraata yönəldilmişdi. Yəqin ki, indi də MN-nin arxivində saxlanan qeydiyatdan keçmiş rəsmi sənəddən söhbət gedir.

Unutmayın ki, mən nazir olduğum müddətdə Ermənistanla  həmsərhəd rayonların rəhbərliyindəki şəxslərin kimliyindən, mənim onlara hansı münasibət bəslədiyimdən asılı olmayaraq, bütün sərhəd boyu müdafiə sisteminin qurulması, təhlükəsizliyin təmin edilməsi, ölkənin müdafiə naziri kimi təxirəsalınmaz vəzifə brcum və vətəndaşlıq mövqeyim olub! Sizin necə düşünməyinmizi isə, öz vicdanınızın mühakiməsinə buraxıram.

Əgər Naxçıvan MR-ın müdafiəsinə qarşı məndə zərrə qədər qərəz omuş olsaydı, heç nəyi unutmayan Heydər Əliyev barəmdə şəxsi təşəbbüsü ilə qaldırdığı, bilavasitə ciddi nəzarətində aparılan cinayət işinin materiallarında əsas ittihamlardan biri və bəlkə də birincisi nazir olduğum zaman Naxçıvanın müdafiəsində tutduğum "qərəzli, ögey, xəyanətkar" mövqe ittihamı olardı. Şəxsən sizin üçün nə qədər xoşagəlməz olsa da, nə 51-cildlik, 11000-səhifəlik ibtidai istintaq materiallarında, nə də ki, 7-8-il fasilə ilə Heydər Əliyevin bilavasitə respublikaya rəhbərlik etdiyi zamanda keçirilən məhkəmə iclaslarında mənə qarşı əsasız-sübutsuz çox sayda ittihamlar səslənib. Ancaq  Naxçıvanın müdafiəsinə  nazir kimi qərəzli münasibətim barədə nə Heydər Əliyev tərəfindən, nə də muzdla tutulmuş,  oryədilmiş  bəzi şərəfsiz şahidlərin dilindən, bir kəlmə də olsa, nəinki ittiham, heç ittihama bənzər ifadə də işlədilməyib, səslənməyib.                                                                                                                               

İkincisi, Rufulla Qurbanov, unutmayın ki,  Heydər Əliyevin hakimiyyətə qayıdışından az sonra keçmiş komandadan yeganə şəxs mənəm ki, o, mənə parlamentin birbaşa canlı yayıma gedən 29.07.1993-cü iltarixli iclasında işgüzar xüsusiyyətlərimi şəxsən ÖZÜ sadalayaraq, müsbət dəyərləndirib, müharibə gedən ölkədə məni BAŞ NAZİRİN MÜAVİNİ və HƏRBİ SƏNAYE KOMPLEKSİ (indiki Müdafiə Sənayesi Naziri)-nin sədri vəzifəsinə təqdim edərək, səsverməyə qoyub. Elə həmin iclasda mən çıxış edərək, vəzifəyə getməkdən birqiymətli və qəti surətdə imtina etmişəm.

Rufulla Qurbanov, onu da bilməmiş deyilsiniz  ki, həmin çox mühüm əhəmiyyətli vəzifələrə Heydər Əliyevin məni təkidlə təyin etmək istədiyi vaxt Şuşanın işğalından on dörd ay iyirmi bir gün keçirdi. Azərbaycana qarşı ərazi iddiası ilə 1988-ci ildən başlamış, arxasında məlum qüdrətli dövlətlərin (Rusiyanın, Fransanın, ABŞ-ın) dayandığı şərəfsiz, əzəli və əbədi düşmənlərimizin apardığı bu məkirli-təhlükəli oyunun menyusunu çox dərindən və ətraflı bilən Heydər Əliyev məni yuxarıda qeyd etdiyim vəzifələrə təyin etmək istəyəndə məyər bilmirdi ki, Şuşanın-Laçının işğalının arxasında hansı vəzifə düşkünləri, var-dövlət, şan-şöhrət zəlili olan şərəfsizlər, xain binamuslar durur?! Allah xatirinə, onun həmin vaxt bu xəyanətlərdən və qanı it qanından da haram olan xainlərdən, binamuslardan, şərəfsizlərdən  bixəbər olduğunu iddia etməyəsiniz!

Üçüncüsu, məni 18.10.2017-ci il tarixdə Naxçıvan MR-da Milli ordumuzun yaranmasının 26 illiyi münasibətilə keçiriləcək hərbi parada dəvət etməklə, nəyi sübuta yetirmək, nəyi göstərmək istədiyini anlamadım və  nə qədər düşünsəm də, ağlma məntiqə söykənən bir fikir gəlmədi.

Birincisi, Ordunun yaranmasının ildönümü nə üçün unitar dövlət olan Azərbaycanın paytaxtı Bakıda yox, Naxçıvanda keçirilir?!!

İkincisi, bu dəvətinlə mənə 1992-ci ildəki, həmin dövr üçün qısa müddətdə kifayət qədər şərəfli döyüş yolu keçmiş, sıfırdan qurulmağa başlamış, şərəfsiz düşmələrlə döyüşlərdə DQ-ın ümumi ərazisinin 52%-ni azad etmiş, real müharibənin getdiyi vaxta möhtəşəm hərbi parad keçirib, xalqımıza sevinc dolu anlar yaşatmış bir yaşlı Ordumuzla, 24-ildir ki, atəşkəs  dövründə yaşayıb, inkişafına, infrastrukturuna, silah-sursat arsenalına, hərbi-texniki bazalarının yaradılmasına 30 (otuz) milyard kapital sərf edilmiş 26 (iyirmi altı) yaşlı ordumuzun müqayisəsini təqdim etmək fikrin var?  Amma bu müqayisə ilə mənə nəyi  sübut etmək əzmində olduğunuzu anlaya bilmirəm.

Rufulla  Qurbanov,  qərəziniz, mənə qarşı 25 ildir ki, ürəyinizi didib-parçalayan haqlı-haqsız ittihamlarınız, iradlarınız, nə bilim daha nələriniz kükrəyib hədəqəsindən çıxsa da, çalışın, ədalət hissini itirməyəsiniz. Və nəhayət, yazınızın sonunda mənə verdiyiniz "dəyərli"tövsiyyəniz üçün də, sizə təşəkkür edərək, bildirirəm ki, sosial şəbəkələrdə tərəfimdən yayıla yazılar, video-sujetlər və digər materiallar ünvan sahiblərinin sağlıqlarında şəxsən özlərinə göndərilib, görüşmək imkanlarım olduğu vaxtlarda da tərəfimdən düz gözlərinin içinə deyilib!                 

P.S. O ki, qaldı əfvimə görə varlığım qədər inanıb, ibadət etiyim, yalvarıb imdad dilədiyim MÜTLƏQ HAQQ SAHİBİ, MÜTLƏQ ƏDALƏTLİ HAKİM UCA ALLAHA SƏCDƏ və ŞÜKÜR EDİRƏM, ÜSTÜMƏ ŞƏR-BÖHTANLARIN DOLU KİMİ YAĞDIĞI ƏN AĞIR ZAMANLARDA DA (elə bu günə kimi də davam edən) mənim doğruluğuma-düzgünlüyümə, VƏTƏNİMƏ, MİLLƏTİMƏ SONSUZ MƏHƏBBƏTİMƏ VƏ SƏDAQƏTİMƏ BİR AN DA OLSA ŞÜBHƏ ETMƏYİB, MƏNİ DAİMİ DƏSTƏKLƏYİB, TƏQİBLƏRƏ-TƏZYİQLƏRƏ, HƏBSLƏRƏ, MƏRHUMİYYƏTLƏRƏ MƏRUZ QALMALARINA BAXMAYARAQ, MƏNDƏN BİR ADDIM DA YAN GƏZMƏYƏN DOĞMALARIMA, ƏZİZLƏRİMƏ, BARMAQLA SAYILACAQ QƏDƏR OLAN SƏDAQƏTLİ DOSTLARIMA BAŞ ƏYİRƏM, DƏRİN TƏŞƏKKÜRLƏRİMİ və SONSUZ MİNNƏTDARLIĞIMI YETİRİRƏM.

APARDIĞIM BU MÜQƏDDƏS MÜBARİZƏ MƏNİMLƏ SON MƏNZİLƏ QƏDƏR VARACAQ, AYRILMAZ ÖMÜR-GÜN, YOL YOLDAŞIMDIR !!!

Səmimiyyətlə:          Rəhim QAZIYEV

18.10 2017".




Ana səhifəyə qayıt        Baxış: 3 026          Tarix: 19-10-2017, 09:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma