Xəbər lenti

 ABŞ-da məhkəməsi keçirilən Rza Zarrabın etirafları Türkiyədə böyük əks-səda yaradır. İş adamı sabiq türk rəsmilərinə verdiyi rüşvətləri bir-bir etiraf etdikcə, ABŞ-ın İrana qarşı həyata keçirdiyi sanksiyaların necə yarıldığı ortaya çıxır.

Məhkəmə Rza Zarrabın bu fəaliyyətini əks etdirən bəzi sənədlərin kopyalarını artıq mətbuat nümayəndələrinə də verib. Onların arasında ən çox diqqət çəkən sənəd isə iş adamının sabiq İran prezidenti Əhmədnecada göndərdiyi məktubdur. Məktubdan anlaşılır ki, Rza Zarrab öz fəaliyyətini yalnız Türkiyədə deyil, bir çox ölkələrdə həyata keçirib. Bu ölkələrdən biri də Azərbaycandır.

Məktubu olduğu kimi Ovqat.com oxucularına təqdim edirik:

"İmperializm canavarı sevgili ölkəmizin iqtisadi sanksiyalar və neqativ təbliğat ucbatından təcrid altında qalmasına yol açır.

Hər iranlının dini vəzifəsi olduğu kimi, özəlliklə “iqtisadi cihad ili” olaraq adlandırılan bu ildə ölkəmizə xidmət edirəm. Hər gün basqı daha da artır.

Valyuta mübadiləsi sahəsində 50 ildir çalışan Zarrab ailəsi olaraq Rusiya, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədəki bürolarımız vasitəsilə 3 milyard evronu İrana dolayı olaraq göndərdik.

Bu ölkələrin iqtisadiyyata baxan rəsmiləri funksiyaları yerinə yetirməkdə kömək edir, kredit şərtlərini asanlaşdırır."




Ana səhifəyə qayıt        Baxış: 884          Tarix: 2-12-2017, 01:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma