Xəbər lenti

Ovqat.com Moderator.az-a istinadən xəbər verir ki, Suriya probleminin çözülməsi ilə əlaqədar bu gün Qazaxıstanın paytaxtında keçirilən Astana prosesində insident baş verib.
Qazaxıstan xarici işlər naziri Kayrat Əbdürəhmanov Rusiya, İran, Türkiyə dövlətlərinin razılaşdığı sülh memorandumunu oxuduqdan sonra tərəfləri imza mərasiminə dəvət edib.
Bu zaman  Suriya silahlı müxalifətinin nümayəndəsi yerindən qalxaraq bir neçə dəfə ”İran –cinayətkarlar” deyə qışqırıb və prosesi pozmağa çalışıb.  
Müxaliflər salonu tərk etdikdən sonra sənəd imzalanıb. Sənəd imzalansa da  Astanada iyul ayında prosesin növbəti mərhələsi olacaq. Bu insident hələ Suriyada vəziyyətin tezliklə normallaşacağını şübhə altına alır.




Ana səhifəyə qayıt        Baxış: 771          Tarix: 4-05-2017, 21:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma